Sual:Bəzi rayonlarımızda hər il ailə üzvlərindən birinin adına qurban kəsmək adəti var. Bu caizdirmi?
Cavab: Ailə fərdlərindən hər hansı birinin adına qurban kəsmək olar. Həmin qurban ailə üçün yetərlidir. Bu haqda hədislər vardır. Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bir hədis belədir: “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ailəyə hər bir il bir qurban vacibdir” (Tirmizi, Ədahi, 18). Bundan əlavə Hz. Peyğəmbər kök, buynuzlu və ağ-qara iki qoç qurban kəsmişdir. Həmin qoçların birini ümməti adından, digərini də özü və ailə fərdləri adından kəsdiyi bildirilir (Bax. Buxari, Həcc, 117, 119; Əbu Davud, 4; Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1). Əbu Əyyub əl-Ənsari (rə) Əta İbn Yəsardan Rəsulullah (səs) dövründə qurbanların necə kəsildiyini soruşduqda belə cavab vermişdir: “Hər bir kəs bir qoyunu özü və ailə fərdləri adından kəsər, ətindən yeyər və başqalarına da paylayardılar. (bax. Tirmizi, Ədahi, 10).
Dr. Anar Qurbanov