1. 658 dəfə oxunub ,   0 şərh   Çap et

Mövzumuza bir həyat hekayəsi ilə başlayaq: “Necə həvəslə almışdı əlindəki kitabı. Məktəbdə muəllimi, məhəllədə dostları tovsiyə etmişdi. Ustəlik hər gün evinə gələn qəzetdə də kitabın reklamını görmüşdü. Ana və atası arasında Bir necə gün sonra qəzetdə həftədə bir dəfə çıxan resenziyalarda da həmin kitab haqqında oxuyunca öz-ozunə: “Bu kitabı mutləq alıb oxuyacağam,” ‒ demişdi. “Bir də anamla məsləhətləşim,” – deyə urəyindən keçirmişdi. Doğrudur, valideynlərinin “yox” deməyəcəyinə əmin idi, çünki evə gələn qəzetdə də bu kitabın reklamı çıxmış, hətta haqqında resenziya da yazılmışdı. “Amma yenə də məsləhətləşsəm, yaxşı olar,” – deyə düşünmüşdü. Hər halda ozgəsi deyildi. Oxumuş, savadlı, dünya görmüş ana idi. Gümanı düz çıxdı. Anası da həyəcanla: “Get al gətir, səndən sonra mən də oxuyaram,” – dedi. Getdi, öz xərcliyindən yığdığı pulla kitabı aldı və həvəslə oxumağa başladı. Yeganə çıxış yolu ər-arvadın qarşılıqlı anlayış, sevgi və sayğı ilə bir-birinin səhvlərini, xətalarını və bir-birindən gozlədiklərini doğrudürüst və dost kimi oturub danışmasıdır, bu kimi hallardan çıxış yolu axtarmasıdır.

Ancaq bütün bu olanlardan atanın xəbəri yox idi. Nə oldusa, o axşam oldu. Axşam işdən qayıdan ata uşağın əlində həmin kitabı goruncə birdən-birə ozundən çıxdı. Aləmi bir-birinə qatıb çığırdı, bağırdı. “Necə ola bilər ki, onun xəbəri olmadan kitab alınır? Necə ola bilər ki, pullar belə sağa-sola xərclənir? O pullar asanmı qazanılır? Özü də ata olanda gorəcək! Əgər kitab oxumaq istəyirsə, getsin kitabxanaya, orada o qədər oxumağa kitab var! Əvvəlcə bir onları oxusun”.

Mən numunə üçün kitab misalı uzərində dayandım. Kitab olmasın, başqa şeylər olsun. Yenə də nəticə dəyişməyəcək. Bu və buna bənzər hadisələrlə, demək olar, hər gün çoxlarımızın evində necə-necə qəlb qırılır, necə-necə duşuncə zədələnir, necə-necə ailənin xoşbəxtliyinə kolgə salınır, bu gunləri və gələcəkləri üçün sağalmaz yaralar açılır.

Burada əsl problem nə uşaq, nə xərclik, nə kitab, nə də kitabın möv zusudur. Əsas məsələ ailədaxili münasibətlərin pozulmasıdır. Sizcə, ata çox əsəbiləşsə belə, ananın xəbəri olub-olmadığını, ondan icazə alınıb-alın madığını soruşmalı deyilmi? Əgər anası icazə veribsə necə? Buna gorə də bu misalda ailədaxili bağların qışqırıb-bağırmağa səbəb kimi gostərilən şeylərdən daha onəmli olduğunu düşunurəm. Dolayısilə, əsl problem məhz buradadır. Bu misalda atanın reaksiyası ya iş yerində bir problemin evə gətirilməsindən, ya daha əvvəl ər-arvad arasında olan incikliyin təsirindən, ya da heç kimə məlum olmayan başqa səbəblərdən qaynaqlana bilər. Lakin bunların heç biri yuxarıdakı reaksiya formasına bəraət qazandırmır.
Lap başdan bunu qəbul etməliyik ki, ailə daxilində ər-arvadın hər hansısa səbəbdən birbirindən inciməsi, birbirini dindirməməsi, hətta ayrı yerdə gecələməsi halları ehtimal daxilindədir. Haqlı və ya haqsız səbəblərlə baş verən bu kimi hallar tezliklə öz həllini tapmasa, yoluna qoyulmasa, İslami dəyərləri mənimsəmiş bir ailə olaraq əvvəlki halını bərpa etməsə, bu prosesin uzanması və ya tez-tez təkrar olunması nəticəsində ailənin həyat modeli, yaşayış tərzi bu cür davam etsə, belə bir ailədə problemlər heç vaxt sona çatmaz. Ailə həyatında heç cür xoşbəxt ola bilməyən cütluklər, əsasən, nişanlılıq dövrü munasibətlərinin ömür boyu, yəni evlənəndən sonra da bu şəkildə davam edəcəyini zənn edən və fərqli munasibət, unsiyyət modellərinə hazır olmayan fərdlərdir. Çünki belə fərdlərin xəyallarında qurduğu dünya məhv olmuş, onlar da puça çıxan xəyalların mənəvi sarsıntısı ilə nəinki öz həyat yoldaşlarından, hətta hər kəsdən: ata-anadan, qohum-qardaşdan, dosttanışdan, dünyadan, hətta öz talelərindən belə kusmuşlər.

Xırda munaqişələrə gorə ozlərini məhkəmə qapılarına, hakim qarşısına atan, yaxud da intihara hazırlıq gorən insanlar, əsasən, belələrinin arasından çıxır. Bəli, evlilikdən sonrakı munasibətlər evlilikdən əvvəl və ya onun başlanğıcındakı munasibətlərdən çox fərqlidir. Çünki evlilik birbirinə yad, fərqli xarakterli iki insanın birlikdə yaşadığı həyat deməkdir. Xarakter, mədəniyyət, vərdişlər, ənənələr, fiziki özəlliklər, inanılan və əməl edilən dini, əxlaqi dəyərlərin fərqliliyi, muxtəlifliyi, çoxluğu, azlığı və s. kimi rəngarənglik icərisində iki canda bir urək olmağı bacarmaq, əlbəttə, cətindir. Burada bir olmağı bacarmaq, heç olmasa, qarşılıqlı sevgi və sayğı ilə cətinlikləri dəf etmək vaxt tələb edir. Ustəlik belə ailədə doğulacaq korpə onların həyat tərzini də, həyat anlayışını da, gələcəyə baxışını və ümidini də tamamilə dəyişdirəcək. Ailə həyatının hər günü və hər ili özü ilə bərabər uşaq, iş, ev, xəstəlik və başqa yeni anlayışlar, yeni problemlər gətirir. Bütün bunlar da bəzən anlaşılmazlıqlara, incikliklərə səbəb olur.

Yaxşı, bəs bu halda nə etmək olar? Ər və arvad bu cür halları mümkün qədər tez həll etməyə çalışmalıdır. Munasibətlərinin axarına duşməsini, ailə həyatının davam etməsini istəyirlərsə, nəyin bahasına olursa-olsun, bunu etməlidirlər. Yoxsa bu vəziyyəti uzatmaq, “Mən haqlıyam, üzr istəsin, ayaqlarıma düşüb yalvarsın” və s. düşüncələrlə ilk addımı qarşı tərəfdən gozləmək, şubhəsiz, yanlışdır. Ustəlik, ər-arvadın bu halları ana-ataya, dost-tanışa açması, hətta eyhamla hiss etdirməsi ikinci böyük yanlışdır. Yeganə çıxış yolu ər-arvadın qarşılıqlı anlayış, sevgi və sayğı ilə bir-birinin səhvlərini, xətalarını və bir-birindən gozlədiklərini doğrudürüst və dost kimi oturub danışmasıdır, bu kimi hallardan çıxış yolu axtarmasıdır.
Bilmək lazımdır ki, baş vermiş bir inciklik və ya küskünlük tez həlli yolunu tapmalıdır, çünki zaman uzadıqca geri addım atmaq çətinləşir. Çünkü biz bir günük, bir aylıq bir araya gəlmirik. Ölüm bizi ayranadək birliktə olmaya ilk əhdi peymanı bağlayarkən söz veririk. Ona görə də insan bağışlamağı, alttan almağı, zamana buraxmağı, bəzən görməmiş kimi davranmağı bacarmalıdır. Ayrıca ər-arvad aralarındakı problemləri uşaqları da düşünərək, ancaq onların gözündən uzaq yerdə həll etməlidirlər.
……………….




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.


Şərh yaz