6. 149 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Allah, “İstədiyimi hidayətə çatdıraram” − buyurur. Belə olduğu halda Cənabı-Haqq bəndələri arasında ayrı-seçkilik etmiş olmurmu?

Cavab: Hər şeydən əvvəl bunu ifadə etməliyəm ki, əgər Allah bəndələri arasında ayrı-seçkilik etsə buna heç kimin “nə üçün ayrı seçkilik etdin?” − deməyə haqqı yoxdur. Mülkün yeganə sahibi Allahdır və O, öz mülkündə dilədiyini edər. Bundan başqa bu mövzuda sualı ədəb qaydalarına uyğun soruşmaq lazımdır. Cənabı-Haqqın adlarından biri də, “mülk sahibi və mülkündə istədiyi kimi davranan” mənasında Malikul-Mülkdür. İnsanın öz Yaradıcısına qarşı belə bir sual soruşmaq haqqı yoxdur. Çünki, Allah mütləq Hakimdir (hikmət sahibidir). Müxtəlif isimlərinin təcəllisini göstərmək üçün insanı istədiyi şəkilədə imtahan edə bilər. Heç kimin buna etiraz eləmək haqqı yoxdur.

Bəli, Allah dilədiyini hidayətə, dilədiyini də dəlalətə düşürər. Bu həqiqət Qurani-Kərimdə bir çox yerdə bildirilir. Bu xüsusda Allahın iradəsi əsasdır. Hidayət və dəlalət Allahın yaratması ilədir. Amma bunun səbəbləri insanın əməlləri ilə gerçəkləşir. Baş verən proseslərə insanın cüzi iradə ilə müdaxiləsi yox sayılacaq qədər azdır.

Mövzunu bir az daha geniş şərh edək: Məsələn, insan yemək yemə və su içmə prosesini yerinə yetirir. Yemək-içməklə onun hüceyrələrinə daxil olan müxtəlif protein və vitaminlər bədəndə öz funksiyalarını yerinə yetirirlər. Bütün bu proseslər elə incə hesablarla cərəyan edir ki, insan sadəcə loğmanı ağzına qoymaqla bu işi görə bilməz. İnsana loğmasını ağzına qoyması üçün lazım olan hər şey − əldəki qüvvət, zehnində qurduğu plan və s. Allah tərəfindən ona verilmişdir. İnsan loğmanı ağzına qoyur, Allah tüpürcək vəzlərini hərəkətə keçirir və ağız suyu ifraz olunur. Yemək hələ ağızda islanan zaman beyinə xəbər gedir və dərhal ordan mədəyə “belə bir yemək gəlir. Lazım olan turşunu ifraz et!” − deyə siqnal göndərilir. Beləliklə mədədə olan bütün hüceyrələr fəaliyyətə keçir və mədə öz üzərinə düşən funksiyanı icra etməyə başlayır. Daha sonra bağırsaqlara siqnal göndərilir və orada yapışqan maddələr müxtəlif ifrazatlarla həzm edilir.

Bütün bunlara insanın heç bir müdaxiləsi yoxdur. Bağırsaqlar çox nazik olsalar da insan üçün həyati əhəmiyyətə malik olan qidaları orqanizmə sorur, qalıqları isə bədəndən xaric edirlər. Sellülozalı maddələr bağırsaqlarda başqa funksiyanı yerinə yetirir. Məsələn, alma qabığı kimi sərt maddələri insan orqanizmində həzm edəcək elementlər olmadığından onlar ərimir və bədəndən ixrac edilir. Bütün bunlar fövqəladə bir nizamla cərəyan edir.

Daha çox şərhə ehtiyac olmadığını düşünürəm. İnsan, loğmanı ağzına qoyduqdan sonra, bu loğma, ağıza girdiyi andan etibarən vücudda faydalı hala gələnə qədər minlərlə prosesdən keçir. Bütün bu proseslərdə demək olar ki, insanın heç bir müdaxiləsi yoxdur.

İndi nankor biri qalxıb “bütün bu fəaliyyətləri öz iradəmlə etdim!” desə, Allahın icraatında özünü Ona şərik qoşmuş olmazmı? Lakin o, bunun yerinə belə deməlidir: “Mən ağzıma loğmanı qoydum, əsrarəngiz mexanizma bir anda sanki, qeybdən gələn bir əl tərəfindən işlədilməyə başladı. Bu loğmanın həzm edilməsində mənim heç bir müdaxiləm olmadı.

Hidayət məsələsinə gəldikdə isə, o insanın müdaxiləsi olmayacaq qədər mühüm məsələdir. Məsələn, siz çox vaxt səmimi hiss və duyğularla kiməsə İlahi həqiqətləri anlatmağa çalışırsız. Anladacağınız şeyləri, mümkün qədər təsir edici bir üslubla söyləyirsiniz. Amma heç cür həmsöhbətlərinizə təsir edə bilmirsiniz. Nə qədər arzu edirsiniz ki, namaza durduğunuz zaman xuşu içində olasınız. İstəyirsiniz ki, vəcdə gələrək və namazın içində qərq olaraq özünüzü unudasınız. Dünya və onun içindəkiləri unudub, Allaha yönələsiniz, amma buna müvəffəq ola bilmirsiniz. Allah, istədiklərinizi lütf etsə də, hər zaman istəklərimizi yerinə yetirməz. Bunun olması Onun (c.c.) istəyinə bağlıdır.

İmanın verdiyi zövq, sevgi və həzz, Cənnəti  çox istəmək və Cənabı-Haqqa yönəlməyə susamış olmaq elə bir ilahi lütfdür ki, Allah bunu sadəcə dilədiklərinə verər. Taftazani bu mövzunu şərh etdiyi zaman “İman, insanın cüzi iradəsini istifadə edərək, Allahın insanın içində yandırdığı bir şamdır” − deyir. Şamı yandıran Allahdır və bunda insanın heç bir müdaxiləsi yoxdur. Beləcə insan cüzi iradəsiylə düyməyə toxunar və Allah onun həyatını nurlandırar. İnsan, ağızdakı loğma nümunəsində olduğu kimi, bu məsələni də, elə qəbul etmək məcburiyyətindədir.(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz.(İnsan surəsi, 76/30; Təkvir surəsi, 81/29.) Bəli, işin çoxu Ona (c.c.) aiddir.İnsana aid olan, o qədər kiçikdir ki, bunu görməzlikdən gələrək bütünə sahib çıxmaq, Allaha qarşı böyük bir  ədəbsizlikdir.

***




Bənzər məqalələr

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Hidayət nədir?

Hidayət nədir? Rəbbimizin inayət və hidayətinə nə cür, hansı işlərimizlə, əməllərimizlə nail ola bilərik? Hansı hidayət vəsilələri var?

Hidayətə mane olan səbəblər

İnsanın hidayətə gəlməsinə mane olan səbəblər hansılardır?

Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.

Allahın Rəhman və Ədl isimləri axirəti zəruri edir

Rəhman rəhməti bütün varlıqları əhatə edən deməkdir. Allahın bu isminin nəticəsi olan rəhmət bütün kainatı bürümüşdür. Allah-Təala son dərəcə mərhəmətlidir.


Şərh yaz