1. 530 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun  xidmətçilərlə, işçilərlə əlaqədar  tövsiyəsi

Fəxri-Kainat iş sahiblərinə işçilərlə yaxşı rəftar etməyi əmr edirdi. Suveyd bin Muqarrin əl-Müzənidən belə bir hadisə rəvayət edilmișdir: “Biz yeddi qardaș idik. Heç bir köməkçimiz də yox idi, bircə cariyəmizdən başqa. Bir gün bir qardașım cariyəyə șillə vurmușdu. Bu hadisədən sonra Peyğəmbərimiz (s.ə.s.) bizə (günahımıza kəffarə olsun deyə) onu azad etməyi əmr etdi”.[1]

Kölələri azad etməyin fəziləti haqqında belə buyururdu: “Bir müsəlman bir müsəlman qul azad edərsə, həmin qul onun atəșdən qurtulușuna səbəb olar: qulun hər üzvü ilə özünün bir üzvünü xilas edər. Bir müsəlman bir müsəlman qadını (cariyəni) azad edərsə, həmin qadın onun atəșdən xilasına səbəb olar; onun hər bir üzvü azad edənin bir üzvünu xilas edər.[2]

 Übadə ibn Vəlid (r. a.) rəvayət edir Rasulullah (ə.s.v.) belə buyurmuşdur:”Çalışdırdığınız insanlara ( məmur, fəhlə və ya  xidmətçi) yediyinizdən yedirin, geyindiyinizdən də geyindirin.” [3]  Abdullah ibn Ömərdən (r.a.) də belə rəvayət olunur: “Bir nəfər Peyğəmbərimizə (ə.s.s.) gələrək, “Yâ Rəsulullah, bir xidmətçi xəta etdikdə neçə dəfə onu bağışlayıb, xətasından keçməliyə?” deyə soruşdu. “Rəsulullah (a.s.s.) ona bir cavab vermədi. Sualını  üçüncü dəfə təkrar edincə Peyğəmbərimiz (a.s.s.) belə buyurdu:”Gündə yetmiş dəfə bağışlayacaqsan” buyurdu.”[4]

  Alın tərinə hörmət

  Peyğəmbərimiz fəhlənin əməkhaqqının vaxtında ödenilmesini əmr etmişdir. Fəhləyə, xidmətçiyə  iş gördürdükdən sonra zəhmət haqqını verməyənin düşməni olduğunu ifadə etmişdir. Bir qüdsi hədisdə belə buyrulur: Əbu Hürəyrə (r.a.) Peyğəmbərimizdən (s.ə.v.) belə rəvayət edir: “Allah-Taâlâ buyurur ki: Üç qrup insan vardır ki, Qiyamət günü Mən onların qənimiyəm. Mən, kimə qənim kəsilərsəm,  onu həlak edərəm. O üç qrup insan bunlardır:
“1. Mənə söz verib, sonra vədindən dönən, ,
“2. Azad bir insanı (kölə kimi) sataraq pulunu yeyən[5],
“3. Bir nəfərə iş gördürüb, ondan istifadə etdikdən sonra pulunu verməyən kimsələrdir.”[6]  İbn Ömər (r.a.) da Rasulullahdan belə rəvayət edir: “Fəhlənin pulunu alın təri qurumadan ödəyin.”[7]



[1]  Müslim, 3/1209; Əbu Davud, 2/763; Tirmizi, 4/114

[2] Umdətül-Kari, Ayni, 78/13

 [3] Müslim, Zöhd: 74

[4] Əbu Davud, Ədəb: 124

[5] Bu gün insan alveri ilə məşqul olanlar də möhtəmələn bu qismə girər

 

[6] Tergib ve Terhib, c.4/169-2

[7] a.k.ə., c.4/169-2

 




Şərh yaz