Sual:İxlas” surəsində Allahın Saməd olduğu ifadə edilir. Saməd isə “Hər şey ona möhtac, o heç bir şeyə möhtac deyil”, -deməkdir. Elə isə Allahın bizim ibadətimizə nə ehtiyacı var ki, israrla, qətiyyətlə namaz qılmağımızı əmr edir?
İnsan mədəsinin qidaya ehtiyacı olduğu kimi, insane ruhunun, qəlbinin və incə duyğularının da ibadətə ehtiyacı vardır. Həm də imtahan üçün dünyaya gələn insana nəfs və şeytanın göndərilməsi ilə birlikdə, səbrlə kamilləşməsi üçün zərərli mədənlər hökmündə bəzi duyğular da verilmişdir. Bu baxımdan insanın içində böyük mücadilələr olur, bəzən mənəvi yaralar, xəstəliklər meydana gəlir.
Namaz isə ibadətlərin başı olaraq ən gözəl dərman hökmündədir. Necə ki, bir həkim xəstənin yaxşılaşması üçün bir dərman yazar və təkrar-təkrar vaxtında istifadə etməsini tələb edər. Bunun müqabilində xəstənin “Sənin nə ehtiyacın var, belə israrla tələb edirsən” -deməyə haqqı varmı? Yoxdur, çünki dərmana ehtiyacı olan həkim deyil, xəstədir.