3. 026 dəfə oxunub ,   0 şərh   Çap et

Rəhman rəhməti bütün varlıqları əhatə edən deməkdir. Allahın bu isminin nəticəsi olan rəhmət bütün kainatı bürümüşdür. Allah-Təala son dərəcə mərhəmətlidir. Onun bəndələrinə mərhəmətini bu hədis çox gözəl ifadə edir:

Nəbilər Sərvəri məsciddə oturmuşdu. Məscidə bir dəstə əsir gətirildi. O əsnada Allah Rəsulu (s.ə.s) bir qadının təşviş içində nəsə axtardığını gördü. Qadın rastına çıxan hər uşağı qucaqlayır, qoxulayıb buraxırdı. Sonra öz uşağını tapdı, bağrına basdı. Onu dayanmadan öpməyə, qoxulamağa, bağrına basmağa başladı. Allah Rəsulunun (s.ə.s) gözləri doldu. Hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara bu qadını göstərdi və: “O qadını görürsüz?” – deyə soruşdu. Səhabələr: “Bəli, ya Rəsulullah”, – deyə cavab verdilər. Allah Rəsulu (s.ə.s) təkrar soruşdu: “Heç o qadın qucağındakı uşağını oda atarmı?” – deyə soruşdu. Səhabələr: “Xeyr, ya Rəsulullah”, – dedilər. İki Cahan Sərvərinin dodaqlarından bu hikmətli sözlər süzüldü: “Allah o qadından daha şəfqətlidir, bəndələrini Cəhənnəmə atmaz”[1].

Bəndəsini Cəhənnəmə atmayan və bu qədər şəfqətli olan Allah onu bir daha diriltməmək üzrə yoxluğa düçar edərmi? Bu, Onun rəhmaniyyət və rəhimiyyətinə zidd deyilmi?! Bəli, əbədi Cəhənnəmin özü belə yoxluqla müqayisədə insanın ruhunda Cənnət qədər qiymətlidir. Yoxluq Cəhənnəmdən də betər olub insanın əbədiyyət istəyən ruhuna fəryad etdirən dəhşətli bir əzabdır.

Buradan görünür ki, bir səadət yurdu vardır və Allah-Təalanın isimləri orada tam təcəlli edəcək. Allahın Rəhman və Rəhim isimlərinin çox kiçik cilvəsi dünyada təcəlli edir. Deməli, elə bir yer olmalıdır ki, Allahın bu isimləri orada büsbütün təcəlli etsin. O yer isə ayə və hədislərdə bildirildiyi kimi axirətdir.

Əgər axirət olmasa idi, Allahın kainatda təcəlli edən və görünən rəhmətini də inkar etmək lazım gələrdi. Çünki ləzzət həqiqi ləzzət, nemət həqiqi nemət olmaq istəyirsə, gərək bitib-tükənməsin, əbədi davam etsin. Əziyyətin sona çatması insana ləzzət verdiyi kimi, ləzzətin və nemətin qurtarması da, hətta bunu düşünmək belə insanı narahat edir. Bu səbəbdən insan əziyyətin tezliklə bitməsini, ləzzət və nemətin isə, əksinə, qurtarmamasını arzulayır. Axirət olmasa, dünya həyatı işgəncəyə çevrilər, şəfqət və sevgi hissi isə əbədi ayrılıq düşüncəsi ilə böyük bir məşəqqət və əzaba dönərdi. Bəndələrinə bu qədər ehsan və şəfqət göstərən Allah axirəti gətirməməklə onları əzab içində qoyarmı? Bu, Onun rəhmətinə yaraşarmı?

Allah-Təala mütləq ədalət sahibidir. Məsələn, hər canlıya uyğun ruzinin verilməsi Onun Ədl isminin təcəllisidir. Elə isə ən kiçik canlının imdadına yetişən və ehtiyacını qarşılayan Adil Allahın yer üzünə xəlifə göndərdiyi insanın əbədi həyat kimi ən böyük ehtiyac və arzusunu cavabsız qoyması mümkün deyil. Bəli, hər bir insan əbədi həyatı arzulayır və istəyir. Lakin bu istəyinə dünyada çata bilmir. Deməli, insanın bu istəyinin həyata keçəcəyi bir yer vardır. İnsanın israrla istədiyi bu əbədi həyat da axirət həyatıdır.


[1] Buxari, “Ədəb”, 18; Müslim, “Tövbə”, 22.



Açar sözləri

axirət ədalət mərhəmət

Bənzər məqalələr

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Az gülün, çox ağlayın!

Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.


Şərh yaz