13. 683 dəfə oxunub ,   1 şərh   Çap et

Uca Allahı tanımaq üçün Onun sifət (vəsf) və isimlərinə də baxmaq lazımdır. Sifətlər Allah-Təalanın Zatına aid məfhumlar deməkdir. Haqq-Təalanın heç bir qüsurlu vəsfi yoxdur. Allah-Təalanın varlığı kimi sifətləri də əzəli və əbədidir. İnsan, cin, mələk və ya ruhanilər – heç birinin həyatı Allah-Təalanın həyatına, bütün varlıqların elmi Onun elminə, yaxud da iradəsi Onun iradəsinə bənzəmir.

Allahın sifətlərini aşağıdakı kimi sıralamaq olar:

Tənzihi sifətlər (tənzih – günah və nöqsanlıqdan uzaq saymaq): Allah-Tə­alada olması qeyri-mümkün sifətlərdir. Acizlik, fəqirlik, yemək, içmək, doğulmaq, ya da doğmaq kimi bəşərə xas xüsusiyyətlər.

Zati sifətlər: Bunlar canlı-cansız heç bir varlıqlarda olmayan,­ yalnız Allah-Təalaya məxsus sifətlərdir. Vücud (Allahın varlığının Özündən olması), Vəhdaniyyət (Allah-Təalanın Zatının tək olması), Qidəm (başlanğıcı olmamaq), Bəqa (əbədilik), Muxaləfətun lil-havadis (Yaratdıqlarından fərqli olması), Qiyam bi nəfsihi (varlığı və varlığının davam etməsi üçün başqa bir varlığa ehtiyacının olmaması)

Sübuti sifətlər: Allah-Təalanı tanımaq baxımından mühüm sifətlərdir. Həyat, iradə, eşitmək, elm, qüdrət, kəlam, var etmək, görmək.

Əməli sifətlər: Altı əməli sifəti var. Xəlq (əvvəli və sonrası ilə yoxdan var etmə), İbda (təkrarsız və bənzərsiz yaratmaq), İnşa (hissələri və təməl ünsürləri bir yerə toplayaraq yeni şeylər icad etmək), Əhya (həyat vermək), İmatə (həyatı sona çatdırmaq, öl­dür­mək) və Tərziq (ruzi vermək).

Rəbbimizin sifətləri ilə yanaşı, isimləri də vardır ki, Onu tanımaq üçün bunları da bilmək vacibdir. Bunlar Əsmai-hüsna adlanır və ən gözəl, uca adlar mənasında Zati-Üluhiyyətin (Allahın ilahlığının) isimləri deməkdir. Həm Qurani-Kərimdə, həm də Sünnətdə ilahi isimlər dəfələrlə öz əksini tapmışdır. “Allah” kəliməsi yalnız Ona məxsus xüsusi addır, digərləri isə sifətlərinin – xüsusiyyətlərinin adlarıdır.

Peyğəmbərimiz buyrmuşdur ki:

 “Allahın 99 adı var, yüzdən bir əksikdir. Hər kim bunları (zikir məqsədiylə ) sayarsa (ihsâ) cənnətə girər.” (Buxari, Tövhid,12; Şürut,18,; Müslim,Zikir,5; Nesâî, es-Sünenü’l-Kübrê, Nu’ût,1,Tirmizi, Deavat, 83.)

1. ALLAH: Allah-Təalanın bütün isimlərinin mənasını ehtiva edən ən uca ilahi isimdir.

2. RAHMƏN: Mərhəmət edib nemət verən.

3. RAHİM: Hədsiz dərəcədə mərhəmət göstərən.

4. MƏLİK: Varlığın həqiqi sahibi və hakimi.

5. QUDDUS: Nöqsan və qüsurlardan uzaq, pak

6. SALAM: Qullarını salamatlığa çıxaran.

7. MUMİN: Dərgahına pənah gətirənlərə hüzur verən.

8. MUHEYMİN: Qullarına hər an nəzarət edən.

9. ƏZİZ: Sonsuz izzət sahibi.

10. CABBAR: Dilədiyini etdirməyə qadir olan.

11. MUTƏKƏBBİR: Sonsuz ucalıq və əzəmət sahibi.

12. XALİQ: Hər şeyi yoxdan var edən.

13. BƏRİ: Hər şeyi bir-birinə uyğun yaradan.

14. MUSAVVİR: Hər şeyə şəkil və surət verən.

15. ĞAFFAR: Çox bağışlayan.

16. QƏHHAR: Hər şeydən üstün olan və bütün düşmənlərini qəhr edən.

17. VƏHHAB: Əvəzsiz verən, lütf edən.

18. RAZZƏQ: Bütün məxluqatına ruzi verən.

19. FƏTTAH: Xeyir qapılarını açan.

20. ALİM: Hər şeyi bilən.

21. QABİD: Dilədiyinin maddi və mənəvi ruzisini azaldan.

22. BASİT: Dilədiyinin maddi və mənəvi ruzisini çoxaldan.

23. XAFİD: Dilədiyini rəzil edən.

24. RAFİ: Dilədiyinin məqamını yüksəldən.

25. MUİZ: Ucaldan, əziz edən.

26. MUZİL: Dilədiyini zillətə düçar edən.

27. SƏMİ: Gizli-açıq hər şeyi eşidən.

28. BƏSİR: Hər şeyi bütün incəlikləri ilə görən.

29. HAKƏM: Hökm edən, yaxşını pisdən ayıran.

30. ƏDL: Ədalət sahibi.

31. LƏTİF: Lütfü, kərəmi bol olan.

32. XABİR: Hər şeydən xəbərdar olan.

33. HƏLİM: Yaratdıqları ilə son dərəcə həlim rəftar edən.

34. AZİM: Əzəmətli olan.

35. ĞAFUR: Çox bağışlayan.

36. ŞƏKUR: Artıqlaması ilə qarşılıq verən.

37. ALİYY: Hər cəhətdən uca olan.

38. KƏBİR: Böyük olan.

39. HAFİZ: Qoruyan, hifz edən.

40. MUQİT: Bütün varlığın özünə uyğun ruzisini verən.

41. HASİB: Hesaba çəkən, sorğu-sual edən.

42. CƏLİL: Uca olan.

43. KƏRİM: Yaxşılıq və kərəmi bol olan.

44. RAQİB: Nəzarət edən.

45. MUCİB: Qullarının dualarına cavab verən.

46. VƏSİ: Elmi və rəhməti ilə hər şeyi əhatə edən.

47. HAKİM: Hər şeyi hikmətlə edən.

48. VƏDUD: Qullarını sevən və sevilməyə layiq olan.

49. MƏCİD: Şanı uca olan.

50. BƏİS: Peyğəmbərlər göndərən və ölüləri dirildən.

51. ŞƏHİD: Hər şeyə şahid olan.

52. HAQQ: Varlığı haqq olan.

53. VƏKİL: Ona güvənən qullarının işini ən yaxşı yoluna qoyan.

54. QAVİ: Güc və qüvvəti sonsuz olan.

55. MƏTİN: Hökmü heç bir şeydən sarsılmayan və etimad edilən.

56. VƏLİ: Möminlərin dostu olan.

57. HAMİD: Ən çox təriflənən və ən çox tərifə layiq olan.

58. MUHSİ: Hər şeyi bir-bir təsbit edən.

59. MUBDİ: Məxluqatı nümunə olmadan və yoxdan yaradan.

60. MUİD: Məxluqatı öldükdən sonra yenidən dirildən.

61. MUHYİ: Həyat verən.

62. MUMİT: Varlığın ölümünü yaradan.

63. HAYY: Həqiqi həyatın sahibi.

64. QAYYUM: Göyləri, yeri və bütün məxluqatı var edən.

65. VƏCİD: İstədiyini tapan.

66. MƏCİD: Şanı uca olan.

67. VAHİD: Bir olan.

68. SAMƏD: Heç bir şeyə möhtac olmayan.

69. QADİR: Sonsuz qüdrət sahibi.

70. MUQTƏDİR: Hər şeyə gücü çatan.

71. MUQADDİM: Dilədiyini önə çıxaran.

72. MUAXXİR: Dilədiyini geridə qoyan.

73. ƏVVƏL: Hər şeydən əvvəl var olan.

74. AXİR: Sonsuz, əbədi, sonu olmayan.

75. ZAHİR: Varlığı açıq-aşkar olan.

76. BATIN: Hər şeyin mahiyyətindən xəbərdar olan.

77. VƏLİ: Məxluqatın iradəsinin fövqündə dayanan.

78. MUTƏALİ: Hər şeydən ali və uca olan.

79. BƏRR: Hamıdan çox yaxşılıq edən.

80. TƏVVAB: Tövbələri qəbul edən.

81. MUNTƏQİM: Günahkarlara layiqli cəzanı verən.

82. AFUVV: Çox bağışlayan.

83. RAUF: Əngin şəfqət sahibi.

84. MALİKÜL-MÜLK: Mülkün həqiqi sahibi.

85. ZÜL CƏLALİ VƏL-İKRAM: Cəlal və kərəm sahibi.

86. MUQSİT: Bütün işlərini yerli yerində edən.

87. CAMİ: Dilədiyini dilədiyi kimi toplayan, cəm edən.

88. ĞANİYY: Həqiqi zənginlik sahibi və heç bir şeyə möhtac olmayan.

89. MUĞNİ: İstədiyinə zənginlik verən.

90. MANİ: Dilədiyinə əngəl olan.

91. DARR: Hikmətinə uyğun olaraq ələmli və zərərli şeyləri yaradan və dilədiyini bunlara mübtəla edən.

92. NAFİ: Xeyirli və faydalı şeyləri yaradan və dilədiyini bunlardan faydalandıran.

93. NUR: Aləmləri və qəlbləri nurlandıran.

94. HADİ: Qullarını hidayətə çatdıran.

95. BƏDİ: Təkrarsız yaradan.

96. BƏQİ: Varlığının sonu olmayan.

97. VARİS: Bütün mülk və sərvətlərin həqiqi sahibi.

98. RAŞİD: Bütün işlərini əzəli hikməti ilə nəticələndirən.

99. SABUR: Çox səbirli.

(Cəllə Cəlaluhu)

İnsan səmimi qəlblə Allah-Təalaya yönəlməli və Sifəti-Sübhaniyəyə (Allaha məxsus sifətlərə) yaxınlaşmaq üçün Əsmai-İlahiyəni (İlahi isimləri) bir pillə kimi dəyərləndirməlidir. Zati-Üluhiyyəti tanımağın və dərk etməyin təkcə Əsmai-İlahiyəni bilməklə mümkün olacağını unutmamalı, bütün varlığı ilə onların arxasınca getməlidir. Bir könül insanı olaraq daima bu isimlərlə zikr və təfəkkür etməli, Ona pənah aparmalıdır.




1 şərh yazılıb
  1. Aydan , 09/05/2018 tarixində, saat 10:05

    Allah razı olsun

Şərh yaz