Xəstəlik, oruc tutmamaq üçün bir səbəbdir. Sonradan sağalma ehtimalı mövcud xəstəliyi olan şəxs, sağalandan sonra tuta bilmədiyi orucların qəzasını tutmalıdır. Ancaq müsəlman həkimlərin tibbi baxımdan yaxşılaşma ümidi görmədikləri xəstələr tuta bilmədikləri günlərin sayı qədər fidyə verməlidir. Ən yaxşısı odur ki, hər hansı xəstəliyi olan şəxs öz qənaətinə görə (vicdan yalan danışmayan ən böyük şahiddir) və dindar bir həkimin tövsiyəsini nəzərə alaraq hərəkət etsin. Yəni oruc tutmağa gücü çatacaqmı? Əgər oruc tutsa, xəstəliyində artma və ya sağalma müddətinin gecikməsi və s. müşahidə ediləcəkmi? Bunlar nəzərə alınaraq xəstənin oruc tutub tutmayacağına qərar verilməlidir. Eyni zamanda unutmamaq lazımdır ki, az və xəfif ağrı, sancılar səbəbilə, halsızlığa görə oruc tərk edilməməlidir.