1. 234 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Allahdan başqasının adına and içməyin hökmü nədir?

Cavab: Hz. Peyğəmbər müxtəlif hədislərində ümmətinə atalar və bütlər adına and içməmələrini, əgər and içəcəklərsə yalnız Allah adına and içmələrini ya da susmalarını əmr etmişdir (Buxari, Ədəb, 74, Tövhid, 13; İbn Hənbəl, “Müsnəd”, II, 7; Tirmizi, Nüzur, 8). And yalnız Allahın layiq olduğu bir təzimdir. Məhz bu səbəblə Kəbə, namus, şərəf, bərəkət, peyğəmbərlər, mələklər, atalar, analar və s. kimi Allahdan başqa varlıqlar adına and içmək qətiyyətlə caiz deyildir. Bu kimi andlar caiz olmadığına görə, buna and demək də doğru deyildir. Yəni bunun kəffarəsi yoxdur, kəffarəsi yalnız tövbə və istiğfardır. Hətta Hz. Peyğəmbər bir hədisində belə buyurur:
“Kim adn içərsə və andında Lat və Uzza (bütlər) adına deyərsə, “Lə iləhə illəllah” desin!…” (Buxari, Eyman və Nüzur, 5), yəni kəlmeyi-tövhidi yenidən söyləsin.

Dr. Anar Qurbanov

Mərmərə unv. İslam hüququ



Açar sözləri

and içmə

Şərh yaz