Anesteziya müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsinə deyilir. El arasında “narkoz” adlanır.
Əgər xəstə anesteziya altında tamamilə şüursuz olarsa bu ümumi anesteziya sayılır.
Vücudun bir qisminin iynə ilə keyləşdirilməsinə isə regional anesteziya deyilir. Bunun da bir çox növləri vardır. Bu iki anesteziyada bədənə dərman daxil olduğuna görə oruc pozulur.
Lokal (yerli) anesteziyadan isə əsasən diş çəkərkən ağrını azaltmaq üçün istifadə olunur. Bu təqdirdə oruc pozulmur.