2. 333 dəfə oxunub ,   1 şərh   Çap et

Böyük bir İslam alimi bu suala belə cavab verir:

“Şübhəsiz ki, insanda hürriyyət və seçmə qabiliyyəti vardır. Və o hürriyyət, iradə və seçimə görə də günah və savab, yaxşı və pis əməllər insana aid edilir. İnsanın iradə və istəyinin meydana gələn nəticələrdə rolu nə qədər olur-olsun, o iradə Uca Yaradan tərəfindən şərt və səbəb olaraq qəbul edilmişdir. Buna görə də, insanın iradəsini xeyrə və ya şərə çevirdiyinə görə günahsız və ya günahkar olması onun (iradənin) xeyrə və ya şərə meyil etməsi ilə bağlıdır. Bu meyil nəticəsində meydana gələn hadisə ağır və çəkilməz olsa da, insan bu meyillə hərəkət etdiyinə görə məsuliyyət daşıyır…

Fərz edək ki, O Uca Zat iqlim dəyişikliyi kimi böyük bir hadisəni bizim nəfəs alıb-verməyimizlə əlaqələndirib bizə belə deyir: “Əgər bir dəqiqə ərzində filan saydan daha çox nəfəs alıb-versəniz, yaşadığınız yerin coğrafi şəraitini dəyişdirəcəyəm”. Biz nəfəs alıb-verməklə iqlim dəyişikliyi arasında bir əlaqə görmədiyimiz üçün, qadağan olunmuş şeyi edirik, O da xəbərdarlıq etdiyi kimi iqlimi dəyişdirir. Həmin hadisə bizim gücümüzün fövqündə olsa belə, bu işə səbəb olduğumuza görə günahkar da bizik. Bunun kimi hər kəs öz cüzi iradəsi ilə səbəb olduğu şeylərin, işlədiyi əməllərin nəticələrinə görə məsuliyyət daşıyır, cəza və ya mükafatını alacaqdır. Yəni pis bir iş görən adam günahkar olur və Allah bağışlamadığı təqdirdə də cəzasını mütləq çəkir.

İndi isə bir qədər də məsələnin ikinci tərəfi üzərində duraq. Yəni Yaradanın hər şeyi ehtiva edən elmi və insanın iradəsi…

Allahın elmində bütün varlıq aləmi səbəb və nəticələrlə yan-yanadır. Bu yerdə əvvəl və axır, səbəb və nəticə, övlad və ata, bahar və payız bir vahidin (təkin) iki üzü olur. Və yenə o elmə görə, sonra əvvəl kimi, nəticə səbəb kimi bilinir və bu şəkildə hökm edilir. Kim hansı tərəfə nə cür meyil edəcək və kim adi bir şərt və səbəb olan iradəsini hansı istiqamətdə istifadə edəcək − bütün bunları Allah qabaqcadan bildiyi üçün səbəblərlə meydana gələcək nəticələri təqdir və təsbit etməsi insanın iradəsini əlindən almır və onu məcbur etmir. Əksinə, onun meylləri nəzərə alınaraq hökm verilir ki, bu da iradəni qəbul etmək deməkdir. Məsələn, böyük bir zat xidmətçilərinə: “Sizlər öskürəyinizi saxladığınız zaman şahanə hədiyyələr qazanacaqsınız, üzrsüz yerə öskürdükdə isə hədiyyələri itirməklə yanaşı, üstəlik əzab görəcəksiniz”, – desə, xidmətçilərinin iradəsini qəbul etmiş və dəstəkləmiş olar. Bunun kimi Uca Yaradan bir bəndəsinə: “Sən bu istiqamətə meyil göstərsən, mən də sənin meyil göstərdiyin o şeyi yaradacağam. Və sənin o meyillərinə görə indidən hökmümü verir, qədərini yazıram”, – desə, insanın iradəsinə əhəmiyyət vermiş olar. Yəni qədərin yazılması nə iradəni inkar edir, nə də insanı hər hansı bir əmələ məcbur edir.



Açar sözləri

iman qədər qəza

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır


1 şərh yazılıb
  1. vüsal , 02/07/2014 tarixində, saat 23:07

    Ağlımdan keçen bütün suallara tam qane olacağım şekilde cavablar yazdığınız üçün teşekkür edirem. Allah razı olsun.!

Şərh yaz