Bir kimsə asqırdığında belə deyir
اَلْحَمْدُ لِلَّهِ عَلَى كُلِّ حَالٍ ﴿ اَلْحَمْدُ لِلَّهِ رَبَّ الْعَالَمِينَ ﴾
Hər halımızdan ötrü Allaha həmd olsun. ” Aləmlərin Rəbbi Allaha həmd olsun.”
اَلْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ مُبَارَكًا عَلَيْه ِكَمَا يُحِبُّ رَبُّنَا وَيَرْضَى
Rəbimizin xoşnud olub, razı qalacağı sonsuz sayda, pak, mübarək həmdlər Ona məxsusdur.
Asqıranı gördükdə
يَرْحَمُكَ اللهُ
Allah sənə mərhəmət etsin
Asqıran şəxs də cavabında:
يَغْفِرُ اللهُ لِي وَلَكُمْ ، يَهْدِيكُمُ اللهُ وَ يُصْلِحُ بَالَكُمْ
Allah məni də sizi də bağışlasın, doğru yola hidayət etsin, hər halınızı yaxşı şeylərə istiqamətləndirsin.
يَرْحَمُنَا اللهُ وَإِيَّاكُمْ وَ يَغْفِرُ اللهُ لَنَا وَلَكُمْ
Allah bizə də sizə də mərhəmət etsin, bağışlasın