Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur: “Asqıran adam:
اَلْحَمْدُ لِلَّهِ
“Əlhamdulilləh” (Allaha həmd olsun) desin. Bunu eşidən ona:
يَرْحَمُكَ اللَّهُ
“Yərhamukəllah” (Allah sənə mərhəmət etsin!) desin. Bu zaman o da:
يَهْدِيكُمُ اللَّهُُ وَ يُصْلِحُ بَالَكُمْ
“Yəhdikumullah və yuslihu bələkum” (Allah sənə hidayət və zehin açıqlığı versin) desin”.[1]
Qeyri-müsəlman asqıranda şükür edərsə:
يَهْدِيكُمُ اللَّهُُ وَ يُصْلِحُ بَالَكُمْ
“Yəhdikumullah və yuslihu bələkum”
“Allah sizə hidayət və zehin açıqlığı versin” deyə dua etmək olar.[2]
[1]. Buhari, Edeb 126, Ebu Davud, Edeb 99
[2]. Ebu Davud, Edeb 99