Mənəviyyata Açılan Pəncərə

Ata sərvətindən övladlarına bağışlayarkən ayrıseçkilik etməməlidir

عَنِ النُّعْمَانِ بْنِ بَش۪يرٍ   أَنَّ أَبَاهُ أَتٰى بِهِ رَسُولَ اللّٰهِ  فَقَالَ: إِنّ۪ي نَحَلْتُ ابْنِي هٰذَا غُلَامًا كَانَ ليِ فَقَالَ رَسُولُ اللّٰهِ: «أَكُلَّ وَلَدِكَ نَحَلْتَهُ مِثْلَ هٰذَا؟» فَقَالَ: لَا فَقَالَ رَسُولُ اللّٰهِ: «فَارْجِعْهُ »

وَف۪ي رِوَايَةٍ: فَقَالَ رَسُولُ اللّٰهِ: «اِتَّقُوا اللّٰهَ وَاعْدِلُوا ف۪ي أَوْلَادِكُمْ»

فَرَجَعَ أَب۪ي فَرَدَّ تِلْكَ الصَّدَقَةَ.

Ən-Numan ibn Bəşir (r.a.) nəql edir:

“Atam məni Allah Rəsulunun (s.ə.s.) hüzuruna  aparıb: “Bir köləmi bu oğluma bağışladım,” – dedi. Allah Rəsulu (s.ə.s.): “Numan kimi o biri övladlarına da hədiyyə verdinmi?” – deyə soruşdu. Atam: “Xeyr!” – dedi.  Peyğəmbərimiz (s.ə.s.): “Onda köləni ona bağışlama!” – buyurdu.

Digər bir rəvayətdə isə: “Allahdan qorxun və övladlarınız arasında ədalətli olun,” – buyurmuşdu.

Hədisin ravisi və hadisənin canlı şahidi Həzrəti ən-Numan deyir: “Allah Rəsulu (s.ə.s.) belə buyurandan sonra atam mənə verdiyi hədiyyəni geri alıb bağışlamaqdan vaz keçdi”. [Müslim, Hibat 13[

Exit mobile version