Canlıların ən kiçik hissəsi olan hüceyrəni daha yaxından öyrənəndə heyrətamiz şeylərlə qarşılaşırsınız. Məsələn, insan vücudunu meydana gətirən hüceyrələrlə heyvan və bitkilərin hüceyrələri quruluşca fərqlidir. İnsan hüceyrəsindəki hemoqlabinin sayı altmış doqquz min, heyvan hüceyrəsində isə qırx mindir. Bu say heç vaxt dəyişmir. Bunlar bir-birinə keçmiş zəncir halqaları kimi düzülüb. O halqaların hər hansı birinə müdaxilə etdikdə zəncir dağılır və canlı həyatını itirir.
Hər bir hüceyrənin kimyəvi maddə tərkibi fərqli olur. Bəzisində dəmir, bəzisində fosfor, bəzisində maqnezium üstünlük təşkil edir. Bu maddələrin miqdarında da fərq özünü göstərir. Hüceyrənin forma və ölçüsündən irəli gələn bu miqdarın və maddələrin dəyişmə ehtimalı da yoxdur. Elmi araşdırmalar nəticəsində vücudun ən kiçik parçası olan hüceyrənin bu xüsusiyyəti ilə bağlı bir həqiqət üzə çıxarılmışdır: Zərrələri hərəkətə gətirən, atomlara yol göstərən, bunları nizama salmaqla insanı, heyvanı, bitkini və bütün əşyaları xarakteristik xüsusiyyətlərlə yaradıb yaşadan Allahdır.