Kəlmə olaraq axirət
Axirət ləfzi, ” أخر / ə-x-r” kökündən fail babında olan ” آخِرٌ / axir” sözünün müənnəsidir(qadın cinsi). “Əvvəlin əksi olan bir sifət olan bu kəlmə “son, sonra gələn” mənasını verir və cəm halı ” أَوَاخِرُ / əvəxir”dir.
Axirətə, axirət deyilməsinin səbəbini izah etmə mahiyyətində iki yanaşma vardır. Bunlardan birincisi, axirətin, özündən əvvəl olan dünya həyatından sonra gəlməsidir. İkinci görüşə görə isə, varlıqlara və onları əhatə edən həyat dərəcəsinə yaxın olması mənasında içiərisində olduğumuz həyata dünya, uzaq və sonradan gələcək olana da axirət deyilmişdir.
Dini terminologiyada axirət
Axirət, Quranda dünya həyatından sonra sonsuz yeni bir həyat səviyyəsinin ad olaraq istifadə edilmişdir. Birinci həyat üçün “ulə” ikinci həyat üçün “axir”[i] ifadələrinin istifadə edilməsi bunu göstərir.
Axirət termini kəlam-əqaid (islam fəlsəfəsi) əsərlərində belə təsvir edilmişdir: Axirət, qiyamətin qopmasından başlayıb, əbədi olaraq davam edəcək olan ikinci həyatdır ki, bə`s (öldükdən sonra dirilmə), həşr, hesab, mizan, şəfaət, sirat, Cənnət, Cəhənnəm kimi bütün hadisə və mərhələləri əhatə edir.
Əslində, hər insanın ölümü ilə, o insanın axirəti başlayır və əbədiyyətə qədər davam edir. Buna görə insanların bir qisimi həyatın dünya yönünü yaşayarkən, digər bir qisimi də axirət yönünün içinə dalmış olur.
[i] Leyl surəsi, 92/13, Duha surəsi, 93/4