Ayaqyoluna sol ayaqla girilir və sağ ayaqla da çıxılır. Girərkən də aşağıdakı dua oxunar.
بِسْمِ اللهِ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ
(Bismilləh Allahummə inniy əuzu bikə minəl-xubsi vəl-xəbais)
Allahın adı ilə! Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram![1]
Çıxarkən oxunan dua
غُفْرَانَكَ
( Ğufranəkə)
Allahım! Məni bağışla![2]
[1] əl-Buxari, 1/45; Muslim, 1/283. Əvvəldəki “Bismillah!” Səid ibn Mənsurun əlavəsidir. Bax: «Fəthul-Bari», 1/244.
[2] Bunu – ən-Nəsai müstəsna olmaqla – «Sünən» əsərlərinin müəllifləri rəvayət etmişlər. ən-Nəsai isə «Əməlul-Yəumi vəl-Leyl», əsərində rəvayət etmişdir. Bax: «Zadul-Məad», 2/387.