Ata və oğul gölün kənarına gəldilər və tilovu gölə atıb geri qayıtdılar. Bir saat sonra tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi…
Ata və oğul tilovu yenidən gölə atdılar və yemək yemək üçün geri qayıtdılar. Yeməkdən sonra yenə tilovu yoxlamağa gəldilər və bir-neçə balığın tilova düşdüyünü gördülər. Bunu görən uşaq yenə də: “Mən tilova balıq düşəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq: “Çünki dua etdim onun üçün”, – deyə cavab verdi…
Ata və oğul tilovu yenə gölə atdılar və dincəlmək üçün geri qayıtdılar. Dincəldikdən sonra tilovu yoxlamağa gəldilər, ancaq heç bir balığın tilova düşmədiyini gördülər. Uşaq isə bu dəfə: “Mən tilova balıq düşməyəcəyini bilirdim”, – dedi. Atası: “Haradan bilirdin?” – deyə soruşdu. Uşaq da: “Çünki dua etmədim onun üçün”, – deyə cavab verdi. Atası: “Bəs niyə dua etmədin?” – deyə soruşdu. Uşaq: “Çünki tilova yem taxmağı unutdun onun üçün”, – deyə cavab verdi…