8. 002 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Başqalarını ələ  salmağın dinimizdə hökmü nədir? Bu cür davranışlar qul haqqına girərmi?

Cavab:İslam dini, bəzilərini güldürüb əyləndirmək məqsədiylə də olsa da kiminsə şəxsiyyətini alçaldacaq bütün söz və hərəkətləri qul haqqını tapdalamaq olaraq qəbul etmişdir. Söz, rəftar, davranış, işarə ya da yazı ilə insanların qüsur və nöqsanlarını dilə dolayıb onları hörmətdən salmağı haram etmişdir. Başqalarının qürur və şərəfinə toxunan hər cür lağ/alay, geybet, yalan və böhtan kimi sözləri məhrum etdiyi kimi, həmsöhbəti təhqir etmək məqsədiylə edilən hərəkəti və şifahi/sözlü zarafatları da qadağan etmişdir. Quran-ı Kərim, Peyğəmbərlərlə, iman əsaslarıyla və möminlərlə lağ edən kəslərdən də bəhs etmiş; onların münafiq olduqlarını bildirmiş, pis aqibətlərini nəzərə vermiş və inancla lağ edilə bilməyəcəyini vurğulamışdır. Ayrıca, mal-mülk sahibi olmağı hər şey sayaraq, imkanlarının bolluğundan ötəri qürura qapılan, sonra da özünü böyük görməyə başlayaraq digər insanlara təpədən baxıb onları lağ edən kəsləri və onları gözləyən atəşin dəhşətini təsvir etmişdir.İinsanları arxadan çəkişdirən, başqalarını təhqir etməyi adət halına gətirən, kiminin geybetini edərək kimini də yüzünə qarşı alçaldaraq insanları hörmətdən salan və qaş göz hərəkətləri edərək onlarla əylənənləri qınamış; “Arxadan çəkişdirməyi, yüzə qarşı əylənməyi adət halına gətirənlərin vay halına!” dedikdən sonra onların duçar olacağı Cəhənnəm əzabını izah etmişdir (Hüməzə, 104/1).

Allah Təala, bir başqa ayət-i kərimədə də, “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)”  (Hucurat, 49/11) buyurmuşdur.

Bu ayətin nüzul səbəbiylə əlaqəli olaraq bəzi hadisələr nəql edilmişdir. Mərhum Almalılı Həmdi Yazrın da təfsirində yer verdiyi rəvayətlərin birinə görə; Həzrəti Safiyye binti Huyey Rəsulullaha(s.a.v.) gələrək, “Bəzi qadınlar, “Ey yəhudi qızı” deyərək məni ələ salırlar!” deyə şikayət edincə, Peyğəmbər Əfəndimiz ona “Niyə sən onlara atam Harun, əmim Musa, ərim də Məhəmməd demədin?” buyurmuş və bu hadisə üzərinə ayət nazil olmuşdur. Digər bir rəvayətə görə isə Əbu Cəhilin oğlu İkrimə həzrətləri müsəlman olduğunda, bəzi kəslər ona “Bu ümmətin firoununun oğlu” demişlər; o da çox ağrına gedən bu sözə görə Allah Rəsuluna şikayət etmişdir,məhz bu hadisə üzərinə ayət enmişdir. Şəxsi fikrimə görə, hər nə qədər bu və bənzəri səbəblər nəql edilsə də, məsələyə “iktiran”(yaxınlaşma) nəzəriylə baxaraq, “Cənab-ı Allah, əzəli hikmətiylə nazil edəcəyi bu ayəyi müəyyən bir hikmətə görə bu səbəblərlə də əlaqələndirmiş ola bilər” demək və nüzul səbəblərindən çox ayənin məzmunu üzərində dayanmaq daha məqsədə uyqun düşər.

Bu pəncərədən baxsaq, ayədən çıxaracağımız hökm: bir insanın gördüyü işləri və ya danışığını nəzərdə tutub ona lağ edə bilməzsiniz.. sözlə və ya hərəkətlərinizlə onunla əylənə bilməz, onu incidə bilməzsiniz. Heç bir mömini/insanı ayıblaya bilməz, insanları təhqir etmək, qaralamaq qəsdiylə onlara çirkin ləqəblər taxa bilməz, istəmədikləri bir şəkildə onları çağıra bilməzsiniz. Bu qul haqqıdır. Axirətdə insanın məsuliyyətində yaxa qurta bilməyəcəyi bir günahdır.

 Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm), “Möminin mömin qardaşı üzərindəki haqqlarından biri də onu ən çox sevdiyi adıyla çağırmasıdır.” buyurmuşdur. Həddizatında, Həzrəti Əbu Bəkir Əfəndimizin “Atiq” və “Sıddiq”, Həzrəti Aişə anamızın “Atiqə” və “Sıddiqə” şəklində xatırlandıqları, Həzrəti Ömərə “Faruk”, Həzrəti Osmana “Zinnureyn”, Həzrəti Əliyə “Əbu Türab” ləqəblərinin verildiyi bilinməkdədir; lakin, bir insanı razı olmadığı şəkildə xatırlamaq və çağırmaq dinimizcə qadağan edilmişdir.

Başda gənclərimiz olmaqla hərkəsə bu xüsusların izah edilməsi lazımdır. Unutmamaq lazımdır ki,izah edənlər istər müəllim istər ana-ata, istərsə də başqaları olsun hər şeydən əvvəl özləri buna riayyət etməlidirlər. Əməli davranışlariyla nümunə olmalidirlar.Hamı bilməlidir ki bu cür davranışlar cəmiyyətdə qopuqluqların bünövrəsini təşkil edir




Şərh yaz