2. 234 dəfə oxunub ,   1 şərh   Çap et

Necə düşünürsünüz, Qurana “Allah kəlamı” nəzəri ilə baxmaqla “adi bir insanın yazdığı kitab” nəzəri ilə (haşa!) baxmaq arasında nə qədər fərq var? Hesab edirəm ki, bu iki fərqli və bir-birinə zidd baxış tərzinin Qurandan faydalanmaqda böyük rol oynayacağını izah etməyə  ehtiyac  yoxdur.

“Nə əlaqəsi var?” Şəxsən mən “əlaqəsi var” deyirəm. Gəlin və kürəkənlərin qayınana və qayınatalar haqqında “Bunlara dözməyə, baxmağa məcburuq” düşünməsi ilə “Bunlar Allahın bizə əmanətidir, hətta bizim üçün dünyada bərəkət, axirətdə qurtuluş vəsiləsidir” şəklində baxış tərzlərini yuxarıdakı müqayisə ilə eyni səviyyədə götürmək olar. Bu fərqli baxış tərzləri həm də fərqli ailə münasibətlərinin ‒ normal və ya münaqişəli ‒  formalaşmasında mühüm rol oynayır.

Elə isə gəlin və kürəkənlər ilk növbədə Quran və Sünnətdən qaynaqlanan İslami baxış tərzinə yiyələnməlidirlər. Bu, bir tərəfdən İslamın əsas prinsipi, digər tərəfdən də xoşbəxtliyə gedən yoldur.

İkincisi, eyni şərtlər böyüklərin gəlin və kürəkənlərinə qarşı münasibətlərinə də aiddir. Hətta yaş, təcrübə, yetkinlik, övladların şəfqət gözləməsi və s. ünsürlər onların bu məsələdə ilk addım atmasını tələb edir. Daha aydın desək, “Bu gəlin övladımın xoşbəxtlik vəsiləsidir, mənim üçün qızımdan da irəlidir” söyləmək hara, “Oğlumun mənə olan sevgisinə şərik olacaq, onu mənə düşmən edəcək, ürəyimin bir parçasını əlimdən alacaq” deyib gəlinə düşmən kimi baxmaq hara? Acı da olsa, həqiqətdir. Bəlkə də, psixoloji haldır. Gəlininə bu gözlə baxan qayınanalar, kürəkənlərinə “İllərlə çalışıb-vuruşub əldə etdiyim sərvətimə zəhmətsiz sahib olacaq” deyən qayınatalar da var.

Nədir bunun səbəbi? Gəlin-qayınana münasibətləri ilə bağlı müşahidə edilən xoşagəlməz hallar? Yoxsa evlilik ərəfəsində meydana çıxan kiçik problemlər? Və ya İslamın bir həyat modeli kimi həyatımızdan uzaqlaşması? Az tərkibli ailə tipinin əvəzolunmaz amilə çevrilməsi? Qeybət, dedi-qodu kimi dində haram buyurulan əməllərin  daha çox yayılması? Qayınananın da vaxtilə öz qayınanasından belə münasibət görməsi? Xarakter və şəxsiyyət zəifliyi? Yoxsa evə və ya gəlin-kürəkənə hakim olmaq uğrunda mübarizə?

Bəlkə də, hamısı və digər saymadığımız səbəblər. Ancaq son təhlildə bunların hamısının yanlış olduğunu görürük. Artıq gəlin də, kürəkən də hər iki ailənin əvəzolunmaz fərdləridir. Bu həqiqətin sözlə ifadəsi asan səslənsə də, tez-tez dilə gətirilsə də, həyatda öz əksini tapması problemlərdə müşayiət olunur. Əslində, məhz burada sükan arxasına keçmək lazımdır. Bu yalnız sözügedən xoşagəlməz halları aradan qaldırmaqla, tərəflərin qarşılıqlı sevgisi, inanc və fədakarlığı ilə həyata keçirilə bilər. 

Üçüncüsü, sizcə, insan doğma övladını, yoxsa nəvəsini daha çox istəyir? Millətimizin bu suala cavabı məlumdur. Əlbəttə ki, “nəvə”. Səbəbini bilmirəm, amma nədənsə bizlərdə nəvə sevgisi övlad sevgisini üstələyir. Bu da ailə tərbiyəsi nöqteyi-nəzərindən problemlərin meydana gəlməsinə səbəb olur. Çünki ata-ana bilərəkdən və ya bilməyərəkdən övladlarına özlərinin mənimsədiyi metodla tərbiyə vermək istəyirlər. Bu metodda sevgi və şəfqətlə yanaşı, cəzalandırma da vardır. Ancaq baba və nənədə sevgi və şəfqət əsas yer tutur.  Bu da uşaqların nənə və babalarına nə qədər baş çəkməsindən və onların yanında nə qədər vaxt keçirməsindən asılı olaraq ərköyünlüyə səbəb olur.

Dördüncüsü, dedi-qodudur. Ailə məsələləri yalnız ailədə qalmalı, əsla ailədən kənara çıxmamalıdır. Ailə üzvlərinin qüsurları, anlaşılmazlıqları, bir-biri ilə mübahisələri bir sirr kimi saxlanılmalı, heç kəs bilməməlidir. Amma nədənsə bir ailə problemi hər kəsin dilinə düşür. Demək olar, hər kəs o problemlə bağlı fikir yürüdür, problemin həlli üçün məsləhətlər verir. Ümid verən də olur, qəlb qırıb ürək yaralayan da… Bütün bunların tərəflərə təsir etməməsi isə qeyri-mümkündür. Təsir etməməsi insan təbiətinə də ziddir. Beləcə kiçik bir şey ətrafın “müdaxiləsi” ilə böyüyür, böyüyür, sonda isə açılmaz düyünə çevrilir. 

Nəhayət, sonuncusu; baxış tərzi İslami çərçivədə olacaq. Kiçiklər “anam, atam”, böyüklər isə “oğlum, qızım” deyəcəklər. Yeri gəlmişkən, deyim ki, “gəlinim” müraciəti “qızım” qədər doğma, içdən səslənmir. Hətta deyə bilərik ki, bəzi bölgələrdə yadlaşdırma anlamı daşıyır. Buna görə də kaş böyüklər gəlinlərinə və kürəkənlərinə insanları doğmalaşdıran, isinişdirən “qızım, oğlum” xitabları ilə müraciət edələr. Sonra da bunu vərdişə çevirələr. Kaş!

Nənə və babalar da tərbiyə məsələsində bir az ata-ananın düşüncəsinə uyğun hərəkət etməyə çalışmalıdırlar. Nə qədər yaxşı niyyətli olsalar da, nəticə olaraq övladlarının tərbiyə metoduna hörmətlə yanaşmalı və nəvələrinin tərbiyəsinə müdaxilə etməməlidirlər. Bəlkə də, müdaxilə etmələrinin səbəbi nəvə sevgisidir. Amma nəvələrin gələcəyi naminə buna dözməlidirlər.

Məncə, ailə problemləri namus sirri kimi qorunub saxlanmalıdır. “İki insanın bildiyi şey sirr deyildir” fikri bu məsələdə bizim davranış fəlsəfəmiz olmalıdır.

Sevgi və şəfqətin məhək daşı ailə həyatımız” kitabından götürülmüşdür.



Açar sözləri

aile gəlin nəvə qaynana

Bənzər məqalələr

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.

Evlilik marafonu

Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya həddindən artıq tez hərəkət edərək özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək geri qalsa, nəticə necə olar? Əlbəttə ki, yaxşı olmaz. Əslində, evliliyin ilk günləri də belədir.

Mükəmməl həyat yoldaşı axtarıram, amma

Həyat yolunu birgə addımlayacağımız, özümüzə münasib ömür-gün yoldaşı tapmaq o qədər də asan deyil. Əynimizə paltar alarkən belə dəfələrlə düşünür, götür-qoy edir, mağaza-mağaza dolaşır və sonra alırıq. Evlilik məsələsində isə daha diqqətli olmalıyıq. Xüsusilə də Allahın rizasını qazanmaq üçün insanlığa xeyirli və faydalı nəsillər yetişdirmək, məhz, doğru həyat yoldaşı seçməkdən başlayır.


1 şərh yazılıb
  1. gunes , 11/02/2015 tarixində, saat 19:02

    yaxsi yazilib

Şərh yaz