Tutulması qadağan edilən oruclardan biri də, Ramazan və Qurban bayramlarının birinci günləri ilə Qurban bayramının birinci günündən sonrakı üç gündür. Bayram günləri, yemə-içmə, Müsəlmanlarla bayram sevincini yaşama, onlarla birlikdə süfrəyə oturma günləridir. Bu zamanlarda Müsəlman oruc tutmamalı, digər Müsəlmanlarla birlikdə eyni şeyləri paylaşmağa çalışmalıdır. Bunun üçün Allah Elçisi (əleyhissalətu vəssələm) bu günlərdə oruc tutmağı qadağan etmiş, bu günlərin sanki Allahın insanlara açdığı bir ziyafət süfrəsi olduğunu bildirmişdir.
Uqbə b. Amirin rəvayət etdiyi bir hədisdə Əfəndimiz (əleyhissalətu vəssələm): “Ərəfə günü, Qurban bayramı günü və təşrik günləri biz Müsəlmanların bayramıdır. Bu günlər yemə-içmə və Allahı xatırlama günləridir.” buyurmuşdur. Yenə bu mövzuda Əbu Səid əl-Xudridən də bu bir rəvayət nəql edilmişdir: “Allah Elçisi (əleyhissalətu vəssələm) bu iki gündə oruc tutmağı qadağan etdi: Bunlar Ramazan və Qurban bayramı günləridir.“