Hz. Peyğəmbərimiz (əleyhissalətu vəssələm) bəzi zamanlarda ibadətə daha çox diqqət göstərər, digər vaxtlardakından daha həssas davranardı. Hz. Aişə də bu mövzu ilə əlaqəli olaraq: “Allah Elçisi, Bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox diqqət göstərərdi.” buyurmaqdadır. Allah Rəsulunun xüsusiylə bu günlərdə oruc tutmasının səbəbi isə, bu günlərin insanların əməllərinin Allah Təalaya ərz edildiyi günlər olmasıdır. Üsamə b. Zeyd (radiyəllahu anh) belə rəvayət edir: Mən Peyğəmbər Əfəndimizin, bazar ertəsi-cümə axşamı günləri oruc tutduğunu gördüyüm zaman, Ona bunun səbəbini soruşdum. Mənə bu cavabı verdilər: “Əməllər, Cənabı Haqqa bazar ertəsi-cümə axşamı günləri ərz olunarlar. Mən istədim ki Cənabı Allaha əməlim ərz olunarkən oruclu olum.“
Başqa bir rəvayətdə də Allah Rəsuluna bazar ertəsi günü tutulan orucu soruşdular. Peyğəmbər Əfəndimiz: “Mən o gün dünyaya gəldim və o gün peyğəmbərlik verildi və ya mənə vəhy endirilməyə başlandı.” buyurmuşdur.
“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur”. Hər il zamanın bu mübarək diliminə qədəm qоyanda sanki bir daha ilahi aləmlərin о sеvincli, о nəşəli günlərinə qоvuşuruq.
Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
Üç aylarda oruc tutmağın hökmü nədir? İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc Quran və Sünnədə yoxdur.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.