17. 135 dəfə oxunub ,   0 şərh   Çap et

Bəşər olduğumuz üçün biz nail olduğumuz şeyləri dərhal unudur və xatırlamırıq. Bizi bizdən daha yaxşı tanıyan Allah Təala bu qəflət və qüsurumuzu çox yaxşı bildiyindən günün iyirmi dörd saatını müxtəlif zaman dilimlərinə ayırmış və bu müəyyən vaxtlarda  Özünün hüzuruna gedib, sanki hesab vermək düşüncəsilə sahib olduğumuz nemətləri xatırlamağımız üçün əllərimizi bağlayaraq hüzurunda müntəzir dayanmağımızı istəmişdir. Çünki insanın məqsədi Allaha yaxınlaşmaq olduğu müddətcə Allahın əzəmətinə, qüdrətinə, Onun sonsuz nemətlərinə heyranlığı davam edir. Ondan uzaqlaşdıqda isə nəfsani duyğular yaxasını buraxmır. Allah Təala bu qəfləti ortadan qaldırmaq üçün Qurani- Kərimdə: “…Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (Nisa, 4/103) – buyuraraq bizi təyin edilmiş vaxtlarda namaz qılmağa dəvət etmiş və etməkdədir.

Quranı-Kərimdə namazın beş vaxt olunduğunu bildirən ayələr bunlardır:

Elə isə axşama yetişəndə, səhərə çıxanda  Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!) Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə təriflər deyin! (İkindi və günorta namazlarını qılın!)” (Rum surəsi, 17-18)

Nafi bin Əzraq Rəsuli-Əkrəmin (s.ə.s) təfsir metodunu İbni Abbasdan dinləyənlərdədir. O nəql edir: “Mən İbn Abbasdan Qurani-Kərimdə beş vaxt namaz haqqında Allah Təala bir şey buyurubmu? − deyə soruşduqda mənə bu ayələri oxudu və ayələrdə keçən təqdis kəlməsinin namaz mənasına gəldiyini bildirərək beş vaxtın vurğulandığını dedi.”[1]

Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!” (Taha surəsi, 130)

Gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam),  və gecənin bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxtnamaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihət, xatırlatmadır.” ( Hud surəsi, 114)

Ayədə ”gündüzə yaxın saatlar” mənasında “züləf” kəlməsi, “zülfə”-nin cəmidir. Ərəb dilində cəm ən az üçdür. Buradan da gecənin gündüzə yaxın olan saatları olaraq axşam, yastı və sübh namazlarına işarə var. Ayrıca gündüzün iki ucunda da iki vaxt ˗ günorta və ilkindi ˗ var.

حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ

Namazları və xüsusi ilə orta namazı qoruyun və Allah qarşısında əl-pəncə divan durun.” (Bəqərə surəsi, 238)

Ayədə “namazlara və ələlxüsus orta namaza davam edin” ayəsində “salavat” kəlməsi namazlar deməkdir. Yuxarıda da qeyd etdiyimiz kimi ərəbcədə cəm üçdən başlayır.”İki”-yə təsniyə deyilir və ”iki namaz” sözü “salateyn” şəklində söylənir. Ayədəki ”salavat” sözündən en az üç namaz anlaşılır. Ayrıca bir də “orta namaz” var. Çünki ərəb qrammatikasına görə ətf mətufun əleyhdən (üzərinə ətf ediləndən) ayrı sayılır. Bu səbəblə “orta namaz”, “namazlar” ifadəsinə daxil olmadığı kimi, ortanın hər iki yanında bərabər say olmalıdır. Yoxsa üç namazın arasında yer alacaq dördüncü bir namaza ”orta namaz” deyilməsi mümkün deyildir. O halda, ayədəki “salavat” kəlməsi, en az dörd namazı ifadə edər. Orta namaz da buna əlavə edildikdə beş vaxt namaz ortaya çıxır. Orta namazın ikindi namazı olduğu hədislərdə qeyd edilmişdir.
Bunlardan başqa Nisa surəsi, 4/103; İsra surəsi, 17/78; Nur, 24/36; Qaf surəsi 50/39-40; İnsan (Dəhr) surəsinin 76/25-26-cı ayələrində də namazın beş vaxt olduğuna işarə vardır.

Namazın beş vaxtda qılınması Quran və Sünnə ilə sabitdir. Bilmək lazımdır ki, Quranı-Kərimdə bu və digər hökmlər mücməl olaraq bildirilmişdir. Namaz ibadətinin necəliyi və yerinə yetirilməsi haqqında elmihal kitablarında geniş izahlar mövcuddur. Bu mövzular təfsilatilə Quranda yazılası olsaydı elə Quranı-Kərim kimi bir kitab ortaya çıxardı. Bu isə cildlərlə Quranın olması demək idi ki, bu mümkün deyildir.

Allah Rəsulu (s.ə.s) yaşayan Qurandır. Ona görə də Quranın mücməl ifadələri Allah Rəsulu tərəfindən hədislərlə bildirilmiş və əməli davranışlarla (Sünnə) göstərilmişdir. Namazın hansı vaxtlarda qılınacağı, vaxtın başlanğıcı və sonunun necə olduğu, neçə rükət qılınacağı və s. təfsilatı ilə Quranı-Kərimdə bildirilmişdir. İlk fərz buyurulduğu gündən etibarən də bu şəkildə istər fərdi, istərsə də camaat halında qılınmış, nəsildən-nəslə ötürülərək və yaşayan sünnə olaraq bu günə qədər gəlib çatmış və bu gün dünyanın hər tərəfində beşvaxt olaraq qılınmaqdadır. Bu haqda İslam alimləri həmrəydir.

[1] Qurtubi,Əl-Camiu li-Əhkamul-Quran, 14/14.



Açar sözləri

beş vaxt namaz namaz

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz