Hər hansı oyunun caiz olmasından ötrü gərək həmin oyun dinin əsaslarına zidd olmasın və ibadətlərin edilməsinə maneçilik törətməsin və qumar niyyəti ilə, yaxud başqa maddi mənfəətlər güdülərək oynanılmasın. Bilyard oyununa gəldikdə isə, yuxarıda sadalanan prinsiplər bunun üçün də keçərlidir. Buna da nəzərdən qaçırmamalıyıq ki, nəticədə bilyard da bir oyundur. Oynarkən qürurlanmamalı, dostluq münasibətlərini zədələyən davranışlardan uzaq durmalıyıq. Həmçinin zamanımızı da israf etməməliyik. Çünki zaman insanın qədrini anlamaqda çətinlik çəkdiyi nemətlərdən biridir.