2. 205 dəfə oxunub ,   0 şərh   Çap et

Üzə tərifləmək bəyənilməmişdir

 عَنْ أَب۪ي بَكْرَةَ  أَنَّ رَجُلاً ذُكِرَ عِنْدَ النَّبِيِّ ، فَأَثْنٰى عَلَيْهِ رَجُلٌ خَيْرًا فَقَالَ النَّبِيُّ: «وَيْحَكَ قَطَعْتَ عُنُقَ صَاحِبِكَ» يَقُولُهُ مِرَارًا «إنْ كَانَ أَحَدُكُمْ مَادِحًا لَا مَحَالَةَ فَلْيَقُلْ أَحْسَبُ كَذَا وَكَذَا إِنْ كَانَ يُرٰى أَنَّهُ كَذٰلِكَ، وَحَس۪يبُهُ اللّٰهُ

وَلَا يُزَكّٰى عَلَى اللّٰهِ أَحَدٌ»

Hz. Əbu Bəkir (r.a.) nəql edir:

“Peyğəmbərimizin (s.ə.s.) yanında bir adamdan bəhs edildi və məclisdəkilərdən biri də həmin şəxsi xeyirlə yad edərək həddindən artıq təriflədi. Allah Rəsulu (s.ə.s.) məsləyə müdaxilə edib: “Əfsus! Qardaşının boynunu qırdın (onu mənən fəlakətə saldın)!” – buyurdu və bu cümləni bir neçə dəfə təkrar elədi. Ardınca da belə vəziyyətdə necə davranmaq haqda yol göstərdi: “Əgər kim bir nəfəri mütləq tərifləmək istəyirsə, o adamın elə olması qənaətinə gəlibsə, “qənaətimcə, onda filan keyfiyyətlər var” desin. (O, təriflədiyi adamdan nə qədər təqdirlayiq insan kimi bəhs etsə də) nəticə olaraq həmin adamı təqdir edən və əməllərini sorğu-suala çəkən Allahdır. Buna görə də hər şeyin sirrini və mahiyyətini, əslini bilən Allahın hüzurunda heç kimi təmizə çıxarmaq mümkün deyildir (çünki biz nə qədər təqdir etsək də, həmin adamın təqdirəlayiq olub-olmadığına qərar verən yalnız Allahdır)”. [Buxari, Şəhadət 16; Müslim, Zühd 65]




Şərh yaz