1. 268 dəfə oxunub ,   0 şərh   Çap et

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ

Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin. {“Hucurat” surəsi, 49/10}

وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ

Günah işləməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. {“Maidə” surəsi, 5/2}

 عَنْ أَب۪ي أَيُّوبَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «لَا يَحِلُّ لِمُسْلِمٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثِ لَيَالٍ، يَلْتَقِيَانِ فَيُعْرِضُ هٰذَا وَيُعْرِضُ هٰذَا، وَخَيْرُهُمَا الَّذ۪ي يَبْدَأُ بِالسَّلَامِ»

Əbu Əyyubun (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Bir müsəlmanın din qardaşından üz döndərib üç gündən artıq küsülü qalması caiz deyildir. İki küsülü qarşılaşanda biri üzünü o tərəfə, biri bu tərəfə çevirir. Halbuki onların xeyirli olanı birinci salam verib küskünlüyü aradan qaldırandır”. [Buxari, Ədəb 62; Müslim, Birr 23]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «تُعْرَضُ الْأَعْمَالُ ف۪ي كُلِّ اثْنَيْنِ وَخَم۪يسٍ فَيَغْفِرُ اللّٰهُ لِكُلِّ امْرِيءٍ لَا يُشْرِكُ بِاللّٰهِ شَيْئًا إِلَّا امْرَءًا كَانَتْ بَيْنَهُ وَبَيْنَ أَخِيهِ شَحْنَاءُ فَيَقُولُ: اُتْرُكُوا هٰذَيْنِ حَتّٰى يَصْطَلِحَا».

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin  (s.ə.s.)  belə buyurduğunu nəql edir:

“Hər bazar ertəsi və cümə axşamı günü əməllər Allaha ərz edilir. Din qardaşı ilə ədavəti olan insandan başqa Allaha şərik qoşmayan hər bir qulun günahları bağışlanır. Allah (mələklərə o iki nəfər haqqında) siz bu iki adamın bağışlanmasını onlar bir-biri ilə barışana qədər təxirə salın!” – deyə fərman edər”. [Müslim, Birr 36]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ  « لَا يَحِلُّ لِمُسْلِمٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثٍ، فَمَنْ هَجَرَ فَوْقَ ثَلَاثٍ فَمَاتَ دَخَلَ النَّارَ».

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Bir Müsəlmanın üç gündən artıq din qardaşından əlaqəni kəsib küsülü qalması caiz deyil. Kim belə bir günahı işləyər və küsülü halda dünyadan köçərsə, Cəhənnəmə gedər”. [Əbu Davud, Ədəb 47]




Şərh yaz