4. 997 dəfə oxunub ,   0 şərh   Çap et

Birja və hissə sənədinin alqı-satqısı halaldırmı?

Cavab: Birja “dövlətin qurduğu və nəzarət etdiyi xüsusi bazar növü, qiymətli kağızlar, səhmlər, istiqraz vərəqələrinin alınıb satıldığı müəssisə və ya topdan mal alınıb satılan müəssisə” kimi tərif edilir. Birja müəssisəsi ticarət və sənaye birjaları, təsərrüfat birjası, qızıl birjası kimi mərhələlərdən keçərək əmələ gəlmiş və get-gedə inkişaf etmişdir.

Faizli borc sənədlərini istər dövlət, istərsə də fiziki və ya hüquqi şəxs çıxarsın, bunlar faizlə borc alıb vermək, yəni sələmiçilik olduğu üçün caiz deyil. Məzənnəyə indeksli olsa da caiz deyil.

Şirkətin səhmlərinin alqı-satqısına gəlincə, bunları satışa qoyan şirkətin əmlakına görə dəyərləndirmək lazımdır. Belə olan təqdirdə, şirkətin fəaliyyəti, istehsalı və ticarəti halal yoldandırsa, bir mömin buna şərik ola bilər. Bundan əlavə, dövrümüzdəki anonim şirkət anlayışında səhmlərin dəyəri mövzusunda, təmsil etdiyi mallardan qopuq şəkildə birjadakı təlabat müvazinəti pozularaq, birja qiymətlərinə təsir göstərdiyini müşahidə edirik. Buna görə də aşağıda islamın “səhmin dəyəri” ilə əlaqədar mövqeyi izah olunacaqdır:

Şərik şirkətdən ayrılmaq istədikdə, şirkətin malik olduğu malların bölünməsi mümkün olarsa, ayrılana düşən pay mal olaraq verilə bilər. Əks təqdirdə, onun payına düşən mallarar qiymət qoyular və bu payını başqasına sata bilər. Burada satılan malın səhmin kağızı deyil, onun təmsil etdiyi mal olduğunda şübhə yoxdur. Bu prinsipə riayət edilməklə səhmin alqı-satqısı caizdir. Həmçinin, əsas şərtlər də biri də şirkətin istehsalat və ticarət sahəsi şübhəsiz ki, halal bir sahə olmalıdır.

Qeyd etmək lazımdır ki, bəzi şirkət və firmaların 15-20 il əvvəldən qalma səhmləri ilə təmsil etdikləri mallarının dəyəri arasında böyük miqdarda fərqlər meydana gəlir. Bölüşdürlməyən qazanclarla şirkət yeni fabriklər açmış, investisiyalar qoymuş, malı yüzlərlə, minlərlə qat artırdığı halda, bunlar ümumiyyətlə səhmlərə əks etdirilmir. Sərbəst bazarda nominal dəyərlə bir neçə qatına müştəri tapan səhmlər dövriyyədədir. İslama görə, şərikliyin məqsədi qazanc təmin etməkdir. İlin axırında qazanc haqqını tələb edən bir şərik də olsa, ona qazanc payı verilməlidir. Çünki dolanışığı buna bağlı ola bilər. Digər şəriklər qazanc almazsa, bu onların sabit sərmayələrinə əlavə edilir və beləliklə, hissələri də artır. Ona görə də şirkətlərin artan mallarının qiymətləri yenidən hesablanaraq səhmlərə əks etdirilməlidir.

İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının təşəbbüsü ilə 1988-ci il tarixdə keçirilən və birja mövzusunda aparılan tədqiqatların müzakirəsindən sonra həmin Akademiyanın 1992-ci ildə Ciddədə təşkil olunan VII qurultayında qərara alınmışdır: “Səhmlər qazanc və zərərə şəriklik olduğu üçün bir qayda olaraq halaldır, lakin bunların hökmü həmin şirkətin ticari fəaliyyət və məqsədlərinin halal olub-olmaması ilə yaxından əlaqəlidir. Şirkət faiz, içki istehsalı və ticarəti, qaçaqmalçılıq, ehtikarlıq, hiylə, yalan və aldatma kimi dinən haram olan vasitələrlə qazanc təmin etdikdə, bunların səhmini alıb satmaq və bundan gəlir əldə etmək haram və günaha iştirak etmək olduğu üçün caiz deyil”.

Dr. Anar Qurbanov




Şərh yaz