1. 209 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Borc alaraq həccə getmək olarmı?

Həcc ibadəti bədəni və mali ibadətdir. O, müsəlman olub, əqli yerində olan, azad, həddi-buluğ yaşına çatmış və həcc ibadətini yerinə yetirmək üçün gücü çatan hər bir şəxsə fərzdir. Həccin fərz olması ilə yanaşı əda edilməsinin də şərtləri vardır.

  1. Müsəlman olmaq:Allahı, dinin əhkamını inkar edən şəxsə həcc fərz deyildir. Ancaq iman edərsə fərz olar.
  2. Əqli yerində və həddi-buluğ yaşına çatmayan uşaqlara və əqli xəstələrə həcc fərz deyildir. Bu şərtlər olmazsa məsul deyildir. Əqli geriliyi olan şəxsin həcci səhih olmaz. Uşaq da valideyni və ya himayədarı ilə birlikdə həcc ibadətini yerinə yetirə bilər. Ancaq həddi-buluğ yaşına gəldikdən sonra həcc ibadəti fərz olar. Uşaqlıq dövründə yerinə yetirdiyi həcc nafilə ibadət sayılır. Əqli xəstə olan şəxs sağalarsa ona da həcc fərz olar. Hədisdə buyurulur:

“Üç şəxsdən qələm qaldırılıb: oyanana kimi yatandan, həddi-buluğ yaşına çatana kimi uşaqdan, sağalana qədər əqli xəstədən.” (Əbu Davud, Hudud,17; İbn Macə, Talaq, 15).

  1. Hür olmaq: Kölə, əsir və məhkuma həcc fərz deyildir.
  2. Vaxt:həcc ibadətini yerinə yetirmək üçün kifayət qədər vaxt lazımdır.
  3. Həcc ibadətini yerinə yetirmək üçün güc sahibi (istitaa) olmalıdır. “ Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur.”(Ali İmran 3/97) Alimlər güc ifadəsini bədən, mal və ya yol əmniyyəti şəkilində izah ediblər.  a.
  1. Bədən sağlamlığı. Buna görə; xəstə, yataq xəstəsi,  gözü görməyən, iflic, iki ayağı kəsilmiş, təkbaşına miniyə minə-enə bilməyən, həbsdə olan, məhkəmə qərarı ilə ölkədən çıxışına qadağan qoyulan şəxslərə həcc fərz deyil. İbn Abbas (r.a) “istitaa” kələməsini yol azuqəsi və minik kimi təfsir edib. Ayədə, “Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz.” (Bəqərə, 2/286) buyurulur.
  2. Ehtiyacını təmin edə biləcək qədər maddi imkana sahib olmaq. Səfər əsnasında azuqəsini təmin edə bilməli və mənzil başına çatması üçün miniyi olmalıdır. Bununla yanaşı baxmaqla mükəlləf olduğu ailə üzvlərinin də nəfəqələrini təmin edəcək şəkildə maddi imkanı olmalıdır.
  3. Yol əmniyyəti. Həccə gedəcək şəxslərin yolboyu təhlükəsizlikdən əmin olmalıdır.  (Məvsilî, əl-İhtiyar, I, 435-438).

Günümüz şərtlərində terror hadisələri və yaxın şərq ölkələrində baş verən müharibə, silahlı insidentlər quru yolu ilə həcc etməyə manedir. Bəzi şəxslərin bəlkə avtobusla həccə gedə biləcək imkanı olsa da, təyyarə bileti almağa imkanı yoxdursa belə şəxslərə həcc fərz olmaz.

Digər tərəfdən pandemiya dövründə yaranan məhdudiyyətlər də həccin ədasına əngəl olduğu üçün həccə gedilməyə bilər.

Bu şərtləri göz önünə alaraq deyə bilərik ki:

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır və həmin şəxs irəlidə maddi imkana qovuşsa belə həcc məsuliyyətindən qurtulmuş olar. Xatırladaq ki, həccə getmək ömürdə bir dəfə fərzdir.

Digər tərəfdən boynuna həccə getmək fərz olan şəxs, həmin dövrdə əlində pulu olmasa borc alıb həccə gedə bilər. Çünki daha sonra asanlıqla alacağı pullar ilə borcunu qaytara biləcəkdir.

 



Açar sözləri

borc almaq həcc

Bənzər məqalələr

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”

Həccin yerinə yetirilməsini fərz edən şərtlər

Həcc ibadəti fərz olan şəxslərin bu fərzi yerinə yetirməsi üçün müəyyən şərtlər tələb olunur. Bunlar sağlamlıq, yol təhlükəsizliyi,


Şərh yaz