1. 901 dəfə oxunub ,   0 şərh   Çap et

Uzun müddətdir bir qohumumun uşağı olmur. Özü də bu məsələdə çox sıxılır. Qohum əqrabası tərəfindən yoldaşını  boşaması və yaxud  ikinci bir evlilik etməsi söylənir. Siz nə tövsiyə edərsiniz?

Cavab:Uşaq sahibi olmaq, evliliyin qayələrindən biridir və bu Allahın əlindədir. Quran buyurur:”Göylərin və yerin mülkiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan bəxş edər. Bəzisinə də hər ikisini həm oğlan, həm də qız  verir. Dilədiyini də sonsuz edər. O hər şeyin yaxşısını bilir və hər şeyə də qdirdir..” (Şura surəsi, 42/49-50)
Bundan əlavə həyat yoldaşları arasındakı sevgi ve mərhəmət, Allahın varlığının ve qüdrətinin dəlillərindən biri olaraq təqdim edilir. (Rum Surəsi, 30/21) Deməli ər və arvad Allahın varlığına və qüdrətinə sığınacaq, Onun qüdrətinin bir aynası olaraq, Onun rizası için bir birlərinə sevgi göstərəcək və mərhəmət edəcəklər. Bu çox boyük lütfdür.
Normal müalicə yollarını tətbiq etdikdən sonra da uşağı olmayanların anormal yollara müraciət etməmələri, bir birlərini günahlandıraraq  aralarındakı sevgi və mərhəməti zədələməmələri gərəkir.

Uşağın olmayınca ikinci evliliği ümumiyyətlə uygun görmürük. Fəqət yenə də bu məsələ  yerinə görə dəyərləndirilməlidir. Yəni, birinci xanımın bu məsələyə baxışı necə olacaq, ətrafımızdakı insanlar necə münasəbət göstərəcəklər, keçinmə ve xanımlar arasındakı ədalət, və s. hamısı hesab edilərək hərəkət edilməlidir. İkinci evlilik olduqda uşağın olacağını kim qarantiya verə bilər! Əlimizdə belə bir qarantiya olmadığına görə, qədərimizə razı olub, Allaha dayanıb, güvenib müsəlmanca yaşamağa davam edəcəyik..

Bununla bərabər, bizlər haqqımızda xeyirli olanı bilmərik. Uşaqları olsa idi daha yaxşı olardı yoxsa yox, bun bizim ağlımız qavramaz .“Elə olur ki, xoşlanmadığınız bir şey sizin üçün xeyirli olur. Elə də olur ki, sevib arzu etdiyiniz bir şey sizin üçün zərərli olur. Gerçəyi Allah bilir, siz bilməzsiniz.” (Bəqərə, 2/216) deyir. Quran bizi qədərə təslimiyyətə dəvət edir. Çünkü necə uşaqlar var ki, yoxlukları varlıqlarından xeyirli olur. Analar, “kaşki sənin kimi bir övlad doğmasaydım!” deyə fəryad edər.

Bundan əlavə boşanarkən qadının psixoloji vəziyyətini, onun keçirəcəsi sarsıntını da düşünmək lazımdır. Uzun müddət evli olduğu həyat yoldaşından övladı olmur deyə boşanmış qadın təsəvvür edin. Onun dünyası başına yıxılar. Həyatda hər şeydən bezər. Bəlkə də ağlına gələr ki, əsla yenidən evlənməsin. Birinci ərindən boşanandan sonra yenidən ailə qurmayan qadınların sayı kifayət qədər çoxdur. Onların düşdükləri vəziyyət həm özləri, həm valideynləri, həm də əgər varsa övladları üçün bir çox çətinlikləri özü ilə bərabər gətirər.

Əslində kişi və qadın nikah haqqında şəhadətnaməni sadəcə dünya həyatı üçün yox, əbədi cənnət həyatı üçün imzalayarlar. Cənnətdə hurilərin gözəlliyi qarşısında insana ən sevimli görünən öz həyat yoldaşı olacaqdır. Bu sevgi həmişə davam edəcək.

Nəticə olaraq bunu demək olar ki, ailədə hər hansı narazılıq baş verəndə və ya əlimizdə olmayan səbəblərdən övlad sahibi ola bilməyəndə dərhal boşanma qərarı verməməli, məsələnin axirət yönünü də nəzərə almalıyıq.



Açar sözləri

boşanma

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Talaq nədir?

Talaq nədir? “Talaq” “düyünü açmaq” deməkdir. Termin olaraq isə, qadın və kişi arasında qarşılıqlı razılıqla bağlanan nikaha müəyyən sözlərlə xitam verməyə talaq deyilir. 

Nədən İslam dinində boşanma haqqı ancaq kişilərə verilmiş, qadınlar məğdur edilmişdir?

İslamda boşama haqqı yalnız kişiyə tanınmış da, qadın bu haqdan tamamilə məhrum edilmiş deyildir.


Şərh yaz