Son Nəbinin gələcəyi ilə bağlı müjdələr Hz. İbrahimlə bitmirdi. Hz. Adəmdən başlayaraq Allah Rəsuluna qədər bütün peyğəmbərlər Ondan bəhs etdiyi kimi, Hz. İbrahimdən sonra gələcək hər peyğəmbər də öz ümməti ilə eyni müjdəni bölüşəcəkdi.Çünki bu, onlar üçün bir vəzifə idi. Allah (c.c.) onlara bu cür səslənmiş, sonra da hər birindən bu xüsusda belə bir əhd almışdı:
− Sizə verdiyim kitab və hikmətdən sonra sizdə olanı (kitabı) təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz. Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? Onlar da:
− Təsdiq etdik! – deyə cavab vermişdilər.
Uca Allah:
− Elə isə, (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm, − deyə buyurmuş və əlavə etmişdi:
− Bundan (bu təsdiqdən) sonra uz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir)”(Ali İmran,3\81,82)
Hz. Adəm iftar vaxtını gözləyərkən bir qədər tələsəcək və tövbə üçün əllərini qaldırıb Rəbbinə yalvararkən gözləri bir anlığa ərşin dirəkləri üzərindəki yazıya sataşacaq və duasını bu şəkildə dəyişdirəcəkdi:
− Allahım! Səndən “Muhammədur-Rəsulullah” haqqı üçün əfv diləyirəm.
Duanın yonəldiyi məqamdan gələn nida:
− Hələ yaratmadığım halda, sən Məhəmmədi haradan tanıyırsan?− deyirdi.
Bundan sonra Hz. Adəm böyük hörmət və ehtiramla bunları söyləyir:
− Ey Rəbbim! Başımı qaldıranda ərşin sütunları üstündə bu yazının həkk edildiyini gördüm: “Lə ilahə illəllah, Muhammədur-Rəsulullah”. Bilirəm ki, Sən adının yanına ancaq yaradılmışların ən xeyirlisinin ismini yaraşdırar və adınla onun adını yan-yana nəqş edərsən!
Bu qədər səmimi və urəkdən gələn diləyə belə bir nida gəlir:
− Doğru söyləyirsən, ey Adəm! Şubhəsiz ki, O, Mənim üçün məxluqatın ən sevimlisidir. Onun hörmətinə dilədiyin müddətdə səni mütləq bağışlayaram! Çünki Məhəmməd olmasaydı, Mən səni də
yaratmazdım. ( Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/75; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 1/324; Kastallani, Mevahib,)
Cunki O (s.ə.s.), ilk yaradılan ruhun sahibi idi.(Bunu ifadə etmək məqsədi ilə bir gun Allah Rəsulu (sallallahu əleyhi və səlləm) “Allahın ilk yaratdığı şey
mənim nurumdur” (Alusi, Ruhu’l-Meani, 8/71) Elə o vaxtdan adı əsas kitabda “Abdullah” qoyulmuş, “Xatəmun-Nəbiyyin”
(Peyğəmbərlərin sonuncusu) kimi də anılırdı.( Rəsulullah bir gun: “Hələ Adəm palcıqla torpaq arasında gedib-gələrkən mən Allahın dərgahında Onun qulu və “Xatəmun-Nəbiyyin”i idim”, – buyurmuşdur. Bax: İbn Hişam, Sire, 1/175; Taberi, Tarih, 2/128 ) Belə ki, vücudu ilə ruhunun qovuşması sonda olacaqdı. Onun mayası varlığın xəmirində gizli olduğu kimi, sona mohrunu vuran da yenə O olacaqdı. Çünki O (s.ə.s.), ilk yaradılan Son Sultan idi.
Hz. Adəmdən sonra gələn hər peyğəmbər də Allaha verdiyi sözü yerinə yetirəcək, həmişə Ondan söz açıb ümmətini Onun gəlişinə hazırlayacaqdı. Hz. Nuh (ə.s.) vəzifəsini yerinə yetirdiyinə dair Məhəmməd ümmətini şahid tutacağı düşüncəsi ilə yaşayır, Hz. Davud (ə.s.) iniltili səslə Zəbur oxuyarkən həmişə:
− Allahım! Fətrət (İki Peyğəmbər arasında keçən, dindən uzaqlaşmanı yaşandığı dövr) dövründən sonra bizə “Muqimus-Sünnə”ni bəxş et,(Kadı İyaz, Şifa, 1:176 “Mukimu’s-Sunn” de; “sunnəni iqamə edən” mənasında Peyğəmbərimizin adlarından ) − deyə dua edir və Hz. Əhmədin gəlməsi üçün Rəbbinə yalvarırdı. Hz. Yəhya eyni nəqarəti səsləndirir, Hz. Musa avazı çatdığı qədər bunu İsrail oğulları ilə bölüşür və Hz. İsa da əlinə düşən hər fürsətdə eyni kəlmələri dilə gətirirdi.
Bir-birinin ardınca gələn saysız-hesabsız möcüzələrə baxmayaraq, üz döndərən İsrail oğullarının arasından yetmiş nəfəri seçən Hz. Musa Tih səhralarında qırx günlük təlimdən sonra Tur dağına üz tutacaq və burada ümməti ilə birlikdə doyulmaz bir vuslət yaşayacaqdı. Tur dağında sisdən, dumandan göz-gözü görmürdü. Bu vaxt Allah bir lütf olaraq keyfiyyəti bizə məçhul olan səsini eşitdirdi onlara. Hər şeyi maddi gözləri ilə görmək istəyən bu adamlar belə bir lütf qarşısında da tərəddüd göstərib səslə həmin səsin sahibini tanıya bilməyəcəklərini söyləyir, səs sahibinin özünü şəxsən göstərməsini tələb edirdilər. Halbuki görmə duyğusu məhdud olanların sərhədsiz və hüdudsuz bir varlığı əhatə etməsi mümkün deyildir. Bu, məlum bir həqiqətdir.
Aydındır ki, onların məqsədi əsas etibarilə Rəbbi görmək deyildi.Bəlkə də, görsə idilər, başqa bir bəhanə tapar, yenə fikirlərindən daşınmazdılar. Belə azğın və sapqın həyat tərzi onlar üçün artıq bir vərdişə, həyat tərzinə çevrilmişdi. Rəbbə qarşı bu hörmətsizlik “qeyrətullah”a (Allahın izzətinə) toxunacaqdı və elə də oldu. Tur dağı bir anda böyük bir sarsıntı icində silkələnməyə başlayır. Dağın üstündəki yetmiş nəfər yerə çırpılmış və hamısı huşunu itirmişdi.Hadisələri lap başdan diqqətlə izləyən Hz. Musanın qol-qanadı qırılmışdı. O, bu qədər nemətə göstərilən nankorluqdan utanç hissi kecirirdi. Halbuki Hz. Musa onlar üçün öz həyatını təhlükəyə atmış və
onların doğru yola gəlməsi naminə nə qədər zəhmət çəkmişdi. Doğulduğu andan ilahi beşikdə böyüdülən bir topluluğun uzunu çevirdiyi hər yerdə belə etiraz etməsi onu kədərləndirirdi, amma Allahın hüzurunda
onlardan eyni etirazı əsla gözləmirdi. Pənah aparacağı yeganə bir qapı vardı. Əllərini açaraq titrək səslə
öncə:
− Ya Rəbbim, − dedi və:
− Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin,−deyə yalvarışlarına davam etdi. Sonra da:
− Ey Allahım, aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər), Sənin sınağından başqa bir şey deyil. Sən bu sınaqla istədiyini zəlalətə düçar edər, istədiyinə də doğru yol göstərərsən! Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən mərhəmət edənlərin ən xeyirlisisən!
Bizə bu dünyada da, axirətdə də yaxşılıq nəsib et. Biz Sənə yönəldik və Sənin yoluna tabe olduq.
Bu səmimi dua və yalvarışlardan sonra Hz. Musa yenə də Uca Allahın rəhmət qapısına uz tutacaq və hər şeyə rəğmən:
− Mərhəmətin, Allahım, − deyəcəkdi.
Ancaq ilahi təqdir daha fərqli idi. Rəhman olan Allah belə buyururdu:
− Əzabım var, istədiyimi əzabıma duçar edərəm. Mərhəmətim var, mərhəmətim hər şeyi əhatə və ehtiva etmişdir. Onu da, xüsusilə, muttəqilərə (Allahdan qorxub pis əməllərdən cəkinənlərə), zəkatını
verənlərə və ayələrimizə iman gətirənlərə nəsib edəcəyəm!
Uca Allahın mərhəmət qapısından heç vaxt ümidini kəsməyən Hz.Musa tayfası üçün yeni bir qapı aralanacağı düşüncəsi ilə sevinirdi. Ancaq işin axarı fərqli idi. Gələn səs bunları soyləyirdi:
− O kəslər ki, əllərindəki Tövratda və İncildə (adı, vəsfi və əlamətləri) yazılmış gördükləri Rəsula − Ümmi peyğəmbərə tabe olurlar. O peyğəmbər onlara yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, təmiz və pak nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngulləşdirər və üstlərindəki buxovları və
zəncirləri acar. Ona iman gətirən, Ona böyuk bir ehtiram və yardım gostərən və Onunla endirilmiş nurun ardınca gedənlərin məhz onlar nicat tapanlardır! ( Bax:Əraf surəsi,7/155 və b)
Bu, əsrlər əvvəl Tur dağından ucalan ilahi səsin Son Nəbinin adını dunyaya bir daha elan etməsi deməkdi. Gözlər yenidən gələcəyə dikilir və diqqətlər müjdəsi verilən günlərə yönəlirdi. Artıq ən mühüm məsələlərdən danışarkən sözü Ona gətirmək
bir adətə cevrilmişdi; Hz. Musa qövmünə Ondan bəhs edir, Hz. İsa həvariləri ilə söhbət edərkən Ona müraciət edirdi. Faran dağlarından Ərafata, anadan olacağı mühitdən hicrət məkanına, ailə həyatından
yerinə yetirəcəyi missiyasına qədər, demək olar ki, hər xüsus qeyd olunur və insanlar Onun gəlişinə hazırlanırdı.
Zehinlər Onun gəlişinə o qədər hazırlanmış və Onun gələcəyi o qədər aşkar olmuşdu ki, bir zamanlar Onu gözləyənlər gəlişini görmək üçün “misfa” adlanan yüksək qüllələr inşa etmiş və onlara növbətçilər
qoyub “Mustafa”nı gözləməyə başlamışdılar.( Hələ O, dunyaya gəlməmişdən əvvəl vəziyyət belə olduğu kimi, qiyamətin qopmasından sonra da fərqli olmayacaqdır. Çünki şəfaət haqqındakı uzun bir hədisində Allah Rəsulu (sallallahu əleyhi və səlləm) haqlarında mənfı qərar çıxan və özlərinə çarə axtaran Adəm oğullarının Hz. Adəmdən başlayaraq müraciət etdikləri hər peyğəmbər tərəfindən başqalarnın yanına gondəriləcəyini və bu adamların nəticədə Onun yanına qədər gələcəyini buyurur. Bu da şəfaətin unvanının Hz. Muhəmməd (sallallahu əleyhi və səlləm) olmasının təsdiqidir. Bax: Buhari, Sahih, 4:1745 (4435)