6. 061 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Bütün ruhları Əzrayıl Əleyhissalam necə ala bilər?Dünyanın müxtəlif yerlərində eyni anda ölənlər olur,hamısını necə çatdıra bilər? Bir də ölüm mələyi olan Əzrayıl Əleyhissalamın hər kəsə mənəvi vəziyyətinə görə fərqli şəkildə göründüyüni deyirlər. Məsələn, Peyğəmbərlərə başqa, uşaqlara başqa, qatil və əxlaqsızlara da daha fərqli bir şəkildə göründüyünü deyirlər. Eyni anda, birinə xoş, birinə gözəl, birinə də qorxunc bir şəkildə necə görünə bilər?

Bir tək fərd müxtəlif aynalar vasitəsi ilə külliləşir, çoxalır. Fəqət həm aynalarda görünənlər çox fərqlidir, həm də aynaların çox növləri var. Məsələn, insanın, günəşin, mələyin və kəlmənin timsalı, əksi ayrı-ayrı olduğu kimi su, hava, əsir, misal və ruh aləmləri, zaman, xəyal və fikir başqa-başqa aynalardır.

Fərqli-fərqli timsallar və əkslər vardır:

1. Maddi, qatı şeylərin əksləri. Məsələn, min ədəd güzgünun olduğu bir otağa girsək, biz güzgülərdəki əkslərimizlə birlikdə min bir nəfər olarıq. Əlimizi hərəkət etdirsək, güzgülərdəki əkslərimiz də əllərini tərpədəcəklər. Fəqət maddi varlığımızın, bədənimizin əksi olduğu üçün bütün canlılığımız aynalara keçmir. Məsələn, aynadakı əksinizlə bir başqası danışa bilməz. Onlarda həyat, canlılıq xüsusiyyətləri olmadığı üçün ölüdürlər, həyat sahibi olan sadəcə bizik.

2. Maddi fəqət nurani olan şeylərin əksləri. Məsələn, Günəş bütün şəffaf əşyalarda, şüşə parçalarında, su damcılarında əksini göstərir. Hətta yeddi rəngi, istiliyi kimi xüsusiyyətləri də bu cisimlərə keçir. Bu parıldayanlar günəş deyillər, onun əksləridirlər, amma sanki içində günəş varmış kimi təsir edirlər. Məsələn, Günəş lupa şüşəsində əks  etsə, onunla hər hansı bir əşyanı yandıra bilərik. Əlimizə aldığımız bir güzgünün içindəki günəşin əksin bir qaranlıq otağa çevirsək, sanki o güzgünün içində günəş varmış kimi, o qaranlıq yeri işıqlandırır. Deməli, eyni zamanda Günəş hər şeydən uzaq olduğu halda, hər şeyə hər şeydən yaxındır. Biz ondan uzağıq,amma o, şüaları ilə başımızı oxşayır və bizi isidir. Dənizlə necə ələqadardırsa, bir damcı su ilə də eyni şəkildə əlaqədardır. Bir iş bir işə mane deyil, böyük kiçiyə, çox aza əngəl olmaz. O bir anda hər şeylə görüşə bilir.

3. Nurani ruhların əksləridir. Məsələn, mələklərin əksləri həm özləridir, həm də canlı olaraq bir cox xüsisiyyətləri də özlərində daşıyırlar. Amma əks etdikləri güzgülərin qabiliyyətinə görə güründükləri üçün, bütün həqiqətləri ilə hər yerdə görünməzlər. Məsələn, Həzrəti Cəbrayıl Əleyhissalam Peyğəmbər Əfəndimizin (s.ə.s.) hüzurunda səhabələrdən güzəl simalı Həzrəti Dihyə surətində güründüyü anda, eyni zamanda Ərşi Əzəmdə İlahi hüzurda əzəmətli qanadları ilə səcdədə durur… Eyni anda, kim bilir neçə yerdə Allahın əmrini təbliğ edir…Mahiyyəti, xüsisiyyətləri və hər şeyi nur və nurani olan Peyğəmbər Əfəndimiz (s.ə.s.) dünyadaki bütün ümmətinin salavatlarını birdən eşidir və salamlarına cavab verir. Abdal (mənəvi tərəqqidə bir məqam) məqamına gəlmiş övliyalar mənən ucalaraq yüksək səviyyədə nuranilik qazandıqları üçün, eyni anda bir çox yerdə ola bilirlər. Cox insanla görüşə bilir və ayrı-ayrı çox işlər görə bilirlər.

Əzrayıl Əleyhissalam da mələk olduğuna gorə, eyni anda bir çox yerdə ola bilir. Bir işi digərinə mane olmur.Əgər bir otaqda biri insanı göy, biri qara, biri uzun və arıq,biri kök, biri parçalanmış kimi eybəcər və s. şəkillərdə göstərən min ədəd ayrı-ayrı güzgülər olsa, bir nəfər otağa girəndə hamısında eyni anda fərqli-fərqli görünər. Bunun kimi Əzrayıl Əleyhissalam da ruhunu alacağı insanların iman, ibadət, əxlaq, hal və davranışlarının ruh güzgülərindəki vəziyyətlərinə görə görünür. O insan pis adamdırsa, qara və çirkin ruhuna görə, Əzrayıl Əleyhissalam çox dəhşətli görünərkən, bir məsuma dost kimi yaxınlaşacaq və rahatlıqla onun ruhunu alacaqdır. Bu fərqli işlər və surətlər bir-birinə mane olmayacaqdır.

 



Açar sözləri

əzrayıl

Şərh yaz