13. 991 dəfə oxunub ,   0 şərh   Çap et

Gələcəkdən xəbər vermə, falçılıq və cindarlıq kimi fəaliyyətlərin ən ağırı cadugərlikdir. Cadu kəlməsi ovsun, sehr və cindarlıq fəaliyyətlərini əhatə edən, insana ruhi və psixoloji cəhətdən öz təsirini göstərərək, təbiət qanunlarına zidd hadisələr meydana gətirmə və insanları yanıltma sənətinin adıdır.

Qurani-Kərimdə müxtəlif peyğəmbərlərin sehrbazlıqla ittiham olunduqları, vəhyin bir sehr və peyğəmbərlərin də sehrbaz olmadığı, Hz. Məhəmmədə nazil olan vəhyin real həqiqət olduğu, sehrbazların yalançı və saxtakar olduqları bəyan edilmişdir.[1] Hədislərdə sehr etmə yeddi günah arasında sayılmışdır.[2] Çünki caduda Allah-Təalanın iradə və gücünün fövqündə işlər icra etmə iddiası mövcuddur. Məhz bu səbəblə İslam cadu etmə və etdirməyi qadağan etmiş və onu böyük günahlar çərçivəsinə daxil etmişdir.

Cadu olunmuş kəslərin bunun təsirindən qurtulmaq üçün bu işi peşə olaraq seçən şəxslərə müraciət etməsi çox təhlükəlidir. Belə ki, Hz. Məhəmmədə də yəhudilər tərəfindən cadu olunmuş və Quranın axırıncı iki surəsi bir növ cadunun təsirini məhv etmək məqsədilə nazil olmuşdur.

 (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; Və bir də paxıllığı tutanda paxılın şərindən![3]

(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların tanrısına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərində. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan![4]

Quranın “müəvvizəteyn (iki qoruyan, fələq və nəs surələri)” adını alan son iki surəsinin nazil olma səbəbi əksər alimlərə görə, Mədinədə yəhudi Ləbid İbn Asimin Hz. Peyğəmbərə etdiyi cadu hekayəsidir. Belə ki, Allahın Rəsulu bir neçə gün narahat olduqda, iki mələk yanına gələrək cadu haqqında xəbər vermişdi. Hz. Peyğəmbər bir neçə səhabə ilə birlikdə Zərvan quyusuna getmiş və quyunun qapağının altından erkək xurma çiçəyi, Hz. Peyğəmbərin darağı və üstündə onun saçından tellər tapılmışdı. Eyni zamanda mumdan düzəldilmiş bir surətə batırılmış iynələr və on bir ədəd düyünlü iplər tapılmışdı. Həmin ərəfədə Cəbrail (ə.s) müəvvizəteyn surələrini gətirmiş və hər ayə oxuduqda, bir düyünün açılacağı bildirmişdi. Düyünlər açılıb, iynələr çıxarılarkən ağrılar hiss edən Hz. Peyğəmbər axırda özünü tamamilə rahat hiss etmiş və bundan qurtulmuşdu.“[5]

Nəticə etibarilə cadudan təsirləndiyini hiss edən şəxs ilkin mərhələdə Allaha sığınmalı, ibadət və dua etməli, yoxsullara sədəqə verməlidir. Eyni zamanda yaxşı olardı ki, dini biliklərə yiyələnmiş və bildiyi ilə əməl edən mötəbər alimlərə də müraciət edib bu mövzuda məsləhətlər alsın.

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1]Əraf, 7/116; Yunis, 10/76, 77; Taha, 20/69; Züxruf, 43/30; Zariyat, 51/52.

[2]Buxari, Vəsaya, 25; Müslim, İman, 144.

[3]Fələq, 113/1-5.

[4]Nəs, 114/1-6.

[5]Buxari, Tibb, 39, Fəzailul-Quran, 14; Əbu Davud, Ədəb, 98; Tirmizi, Dəavat, 21.



Açar sözləri

cadu cadu etmək sehr

Bənzər məqalələr

Sehr və cadudan necə qorunmalı?

Sual: Elə insanlar var ki, qarşılaşdıqları bir çox hadisəni − ən xırda çətinlikləri belə cadu ilə əlaqələndirir, özlərinə cadu edildiyini düşünür, bundan qurtulmaq üçün qapı-qapı gəzərək “nəfəsi qüvvətli” adam axtarırlar. Bizim əqidəmizə görə bu nə dərəcədə doğrudur? Cavab: Metafizik varlıqların gücündən istifadə edərək insanlara zərər yetirmək, aldatmaq və ya gəlir qazanmaq məqsədilə edilən gözbağlayıcılıq və […]

Rəsulullaha (s.ə.s) cadu edilmişdirmi?

Əksər İslam alimlərinə görə, sehr və ya cadu həqiqətən var və onun bəzi növləri fiziki, yəni maddi dünyaya təsir imkanlarına malikdir. Ancaq bu, sehrbazın deyil, onun səbəbləri yerinə yetirməsi nəticəsində Allahın yaratdığı təsirdir.

Cadu olunan şəxsə oxunan dualar

Cadu olunan, sehr edilən, cin çarpan şəxslərə Qurandan seçilən bu duaları oxumaq faydalıdır.

Cadu ilə ər-arvadın arasını vurmaq

Sual:Cadu və sehir barədə məlumat almaq istərdim. Məsələn, cadu ilə ər-arvadın arasını vurmaq mümkündürmü? Ümumiyyətlə bu kimi şeylər insanlara zərər verə bilərmi?  Cavab: Qurani-Kərimdə belə buyrulur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə […]

Cadu və cadunun aradan qaldırılması yolları

Sehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir.


Şərh yaz