2. 954 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Canlı televiziya və ya internet vasitəsilə Kəbə imamına tabe olaraq namaz qılmaq caizdir?

Cavab: İmam ilə ona tabe olan camaat arasındakı məsafə normal uzaqlıqda olmalıdır. Əks təqdirdə imama tabe olmaq doğru deyil. İmamla ona tabe olanlar arasında bir çay, insanların və avtomobillərin keçdiyi yol və ya boş bir ərazi olarsa, yaxud Qüds məscidi kimi çox böyük bir məsciddə imam ilə imama tabe olan arsında iki və ya daha çox cərgə sığacaq qədər boşluq olarsa bu kimi vəziyyətlərdə imama tabe olmaq doğru deyil. Ancaq cərgələr yolu və ya çay üstündəki körpünü əhatə edir və boş ərazini doldurursa, bu kimi hallarda camaat imama tabe ola bilər. Girişləri ayrı olub aralarında başqa bir rabitə olmayan mərtəbələrdə də camaatın sayı çox olarsa mərtəbələr arasında rabitə meydana gələ bilər.

İmam ilə camaat və ya camaatla birinci cərgə arasında uzaqlıq çox olduqda; əgər namaz məscidin çölündə qılınır və aradakı məsafə bir cərgə sığacaq qədər azdırsa, imama tabe olmaq düzgündür. Əks təqdirdə tabe olmaq caiz deyildir. Ancaq namaz məscid daxilində qılınarsa bu uzaqlıq imamla camaat arasındakı rabitəni kəsməz.  

İmamın təkbirlərini eşitməyə mane olan pərdə və ya divar, aradakı çatdırıcı və ya səsgücləndiricilər səsin eşidilməsinə kömək edirsə imama tabe olmaq caizdir.

Televiziya və ya internet vasitəsilə Kəbədəki imama tabe olmaq yuxarıdakı səbəblərə görə caiz deyildir.



Açar sözləri

canlı kəbə namaz yayım

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz