3. 276 dəfə oxunub ,   0 şərh   Çap et

Cinlər ruh növündəndir və şüurlu bir qanundur. Kütlələr və kürələr arasındakı cazibə qanunu kimi bir qanun… Bu qanunla Günəş, Yer kürəsini öz oxu ətrafında hərəkət elətdirir. Dünya da təcilli bir hərəkətlə elektronların hərəkəti kimi onun ətrafında dönür. Dünya, Günəş ətrafında bu təcilli hərəkəti ilə dönərkən, Günəş tərəfindən cəzb edilir. Bu mərkəzəqaçma qüvvəsinə qarşı, bir də mərkəzdənqaçma qüvvəsi var. Bütün bunların hamısı bir qanundur.

İndi, “ortada heç bir şey yoxdur – yəni o da kütlə, bu da kütlədir biri digərinin ətrafında dönür” demaqoqluq etmiş olarsınız. Bəli, əgər ortada bir şey yoxdursa, bu vəziyyət necə izah ediləcək? Bu istər Nyutona görə cazibə, istər Eynşteynə görə cəhət olsun, nəticə dəyişməz.

Bir toxuma nəzər saldıqda ondakı həyat mənbəyini görə bilərik. Həmin həyat mənbəyi ot və ya ağac olur. Amma toxum mütləq öz növünə bənzəyir. Burda bioloji inkişaf qanunu var. Bu, məxsusi bir qanundur. Həmin qanun olmadan inkişaf gedə bilməz. Məsələn: daşı ağac kimi əksək, bu qanun özünü göstərmədiyindən hər hansı inkişafın şahidi olmayacağıq.

Yuxarıdakıların hamısı Allahın qoyduğu qanunlardır. Cin və ruh adlandırdığımız məxluqlar da belə qanunlardan biridir. Aralarındakı fərq yalnız ondan ibarətdir ki, cazibə qanununun ağlı, iradəsi və şüuru yoxdur. Amma cin, ruh və mələk qanununu ağlı, şüuru, idrakı olmaqla yanaşı, həmçinin izafi və nisbi olmayan həqiqi varlığa sahibdirlər. Bu səbəblə İslam alimlərindən biri Quranın: “De: “Ruh Rəbbimin əmrindədir” (“İsra”, 17/85) ayəsini bu şəkildə izah edir: Ruh canlı, şüurlu, nurani, xarici vücudu (maddi varlığı, qılıfı) olan qanundur. Əgər əşyadakı qanunlara hər şeyi xəlq edən Rəbbimiz xarici vücud (qılıf) geyindirsə, hamısı ruh olar. Əgər ruh bədən libasını və başındakı şüuru çıxarsa, yenə ölməz qanun formasına düşər. (Sözlər, 231-232.) Əslində, yuxarıdakı ifadələr böyük məna kəsb edir. Ruh bizim mikro aləmdən makro aləmə qədər qəbul elədiyimiz qanunlar kimi ancaq şüuru olan bir qanundur. Bəzi elm əhlinin iddiasına görə, otlar böyüyəndə onlarda şüurluluq, yəni bəzi hadisələrə, tənbehlərə qarşı reaksiyalar, təsirlənmələr və s. müşahidə olunur.

Bu mövzu ilə əlaqədar oxuduğum bir məqalədəki fikirləri sizlərə çatdırmaq istəyirəm. Müəllif yazır: “Fikrimcə, buğda və arpa şüurludur. Çünki tədqiqatlar zamanı müşahidə olunan həqiqətlər o qədər qanunauyğundur ki, bunu şüur, ağıl və idrakdan kənar izah etmək mümkün deyil. Məsələn: buğda torpaqdan cücərməyə başlayanda ətrafına baxır və ətraf mühit iki pöhrə çıxarmaq üçün əlverişlidirsə, o zaman iki pöhrə çıxarır. Hava münasibdirsə, rütubət yetərincə varsa və günəş şüaları da onu qidalandırırsa, iki zoğ atmağa başlayır. Şərtlər daha da əlverişli olduqda üç zoğ da ata bilər. Üç pöhrənin çıxdığını gördükdə biz mühitin əlverişli olduğunu anlayırıq. Əgər bunun əksi olsa idi, bir pöhrə çıxardı. Sanki bununla “Mən ancaq bir dənə pöhrəni bəsləyə bilərəm”. Bir ağac xəstələnəndə özünü xilas eləmək üçün meyvələrini tökməyə başlayacaq. Kənd təsərrüfatı mütəxəssisləri nə düşündüklərini özləri bilər, xəstələnən meyvə yox, ağacdır. Yəni ağac “İnciməyin, mən meyvələrə baxa bilməyəcəyəm. Özümə baxmağa məcburam. Mənə özümə kömək etməliyəm” demək istəyir və deyir. Biz bunu dəqiq bilə bilmərik. Bunların hamısı Allahın qanunlarıdır.

Neçə-neçə hüceyrənin daxilində DNT molekuluna eyni şeylər verilir və deyilir ki, DNT şifrə göndərir, RNT də mühəndis və kimyagər kimi aldığı şifrələr əsasında fəaliyyət göstərir.

Bizim düşüncəmizə görə yalnız cin və insan şüurlu məxluqlardır.Heyvanlar isə hisləri ilə və sövqü-ilahi ilə hərəkət edirlər. Fəqət onların bu şüurlu hərəkətlərinin arxasında yenə Allah durur. Bəli, hər şeyi müəyyən bir nöqtəyə gətirib çıxaran və müəyyən istiqamətdə inkişaf elətdirən Allahdır. Amma bundan əlavə bir də Allahın qoyduğu qanunlar mövcuddur. Həmin qanunlara insan kənardan baxaraq şüur deyəcəyi qədər mükəmməldir.

İnsan bilmir, bəzilərinin cinləri inkar etmələrinə nə ad istəyir verir və az qalır ki, bu kimi insanları dəli adlandırsın.



Açar sözləri

cin ruh şeytan

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Almaz ilə kömürün fərqi

“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?

dost
İnsana nə vaxt ruh verilir?

Sual: Ana bətnindəki körpəyə nə vaxt ruh verilir?

Üç hərfli varlıqlar – cinlər

Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.


Şərh yaz