26. 738 dəfə oxunub ,   0 şərh   Çap et

  Sual: Hədislərdə “Əri xanımını bərabər olmaq üçün yatağa dəvət edəndə, qadın bir üzrü olmadığı halda bundan boyun qaçırarsa, yoldaşına qarşılıq verənə qədər mələklər ona lənət edər.”-rəvayət edilir. Xanım xəstəlik və yorğunluğu bəhanə göstərək bundan boyun qaçıra bilərmi? Məhrəm mövzu olduğunu bilirəm, ancaq açıqlama verəsəniz yaxşı olardı.

  Kişi bərabər olmaq üçün xanımını yatağa çağırdıqda, əgər bir üzrlü səbəb yoxdursa qadın bu dəvətə dərhal əməl etməlidir. Ərinin günaha girməməsi və halal yoldan ehtiyacını təmin etməsi üçün bu şərtdir. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Əri xanımını çağırdıqda, ocaq/təndir başında olsa da gəlsin.[1]” Eyni tələb haqqı qadına da aiddir. Ancaq kişilərdə şəhvət duyğusu qadınlardan daha çox olduğu üçün hədisdə belə ifadə edilmişdir.

  Bir başqa hədisdə isə belə buyrulur:  “Əri xanımını bərabər olmaq üçün yatağa dəvət edəndə, qadın bir üzrü olmadığı halda bundan boyun qaçırarsa, yoldaşına qarşılıq verənə qədər mələklər ona lənət edər.[2]”  Kişi bu hədisə əsaslanıb “bu mənim haqqımdır” deyərək həyat yoldaşına nəzakətsizlik etməməli, könlünü xoş edərək, onu oxşayaraq buna razı salmalıdır. Əgər xanımına qarşı kobudluq edər, acı söz söyləyər, buna məcbur edərsə qadın özünü  “cinsi arzuları təmin etmək üçün istifadə edilən bir varlıq” kimi düşünməyə başlayar. Nəticədə cinsi istəksizlik meydana gələr. Ona görə də cinsi münasibətdə olmadan öncə bir az söhbət etməli, ər-arvad bir birini oxşamalı, qarşı tərəfin buna meyl etməsini, təhrikini təmin etməlidir. Qadınlar kişilərə nisbətən daha gec boşaldıqları (orqazm) üçün əri ona fürsət verməlidir. Kişi birlikdə olarkən tez boşalmamalı, iradəli olmalı, xanımının da rahatlanmasını gözləməlidir. Bir hədisdə “xoruz kimi minib, düşməyin” buyurulur.

  Qadın ərinin qarşısında gözəl görünmək üçün təmizliyə diqqət etməli, səliqəli olmalıdır. Kişi də bədən və ağız təmizliyinə diqqət etməli, ətirlənməli, birlikdə olarkən xanımına fiziki şiddət göstərməməli, əziyyət etməməlidir.

  Ayrıca unutmamalıyıq ki, kişilər qadınlara nisbətən evdən kənarda çox olur, istər istəməz başqa qadınlara nəzər edir və bundan ötrü tez təhrik olurlar. Qadınlar isə həyat yoldaşına çox bağlı olduğu üçün başqalarına baxmaz, iffətli davranırlar. Buna görə də cinsi istək kişilərə nisbətən onlarda daha az olur.

  Qadın yorğunluq, halsızlıq, psixoloji narahatlıq, hormonal pozulma, diqqət və qayğı yetərsizliyi, səhər tezdən işə getmə, hamilə qalma, uşaq dünyaya gətirmə qorxusu və s. səbəblərdən cinsi soyuqluq yaşaya bilər. Həmçinin qadın Məkkədə həcc və ya ümrə ziyarətində ehramlı ikən, ağzı oruclu ikən və. s. bu kimi hallarda birlikdə olmaqdan imtina etmək haqqına malikdir. İnsanlar arasındakı problemlərin ən gözəl həlli məsələləri danışaraq həll etməkdir. Mütləq həyat yoldaşımızla söhbətləşməli, onun problemlərini, arzu və istəklərini dinləməliyik.

  Kişinin əl ilə və s. yollarla (istimna) boşalması caiz olmadığı kimi, qadının da bu şəkildə rahatlaması caiz deyildir. Ancaq kişi, arvadının əli və ya vücudunun digər yerləri ilə rahatlaya biləcəyi kimi, qadın da ərinin toxunması ilə boşala bilər.[3] Bu hökmə əsasən xanımı cinsi münasibətə uyğun olmayan kişi, cinsi əlaqəyə girmədən rahatlaya bilər. Xanımı da ərinin bu ehtiyacını təmin etmək və onu günahdan qorumaq üçün bu mövzuda ona anlayış göstərməlidir.

[1] Tirmizi, Rada, 10

[2]Buxari, Nikah, 86

[3] Səraxsi, Məbsut, cild X, səh.159.




Bənzər məqalələr

Ultrasəs müayinəsi orucu pozur?

Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri zamanı cihazın içərisindən su axıdılarsa oruc pozulur. Ancaq bu cihazlarla müayinə zamanı həzm sisteminə su, yağ və bənzəri qida maddəsi daxil olmadığı müddətcə oruc pozulmur.

Hamiləlik zamanı hansı duaları oxumaq olar?

Hamilələlik zamanı oxunacaq hər hansı xüsusi dua və ya zikir qeyd edilməmişdir.

Qüsl

Qüsl bədənin müvazinətini bərpa edir. Qan dövranını tənzimləyir. İnsanı ibadətə hazırlayır. Qüslun bu kimi bir çox faydaları vardır. Qüslun insan sağlamlığına bir çox faydalarının olduğu elm adamları tərəfindən sübut olunmuşdur. Qüsl almaqla, cünubluq, heyz və nifasın insan bədənində meydana gətirdiyi maddi kirlər təmizlənir. Həmçinin qüsl alanda cünubdan dolayı bədəndə meydana gələn yorğunluq və zəiflik azalır.


Şərh yaz