Qadınlar corab çıxartmağın çətin olduğu vəziyyətlərdə corab üzərinə məsh edə bilər?
Ayağa geyilən coraba məsh etmək üçün corab bu xüsusiyyətlərə malik olmalıdır:
- Ayağa geyilən məst ilə ən az üç mil (təx. 5 km) qət etmək mümkün olmalıdır.
- Məst bağlanmadan özbaşına ayaqda düz duracaq şəkildə qalın olmalıdır.
- Xaricdən aldığı suyu içəri keçirəcək qədər də nazik olmamalıdır.
- Məst topuqlarla birlikdə ayaqaların hər tərəfini örtməlidir. Topuqlardan qısa qalan potik, tərlik və bənzəri şeylərin üzərinə məsh edilməz.[1] Qadınların geyindikləri corablar yuxarıdakı xüsusları daşımadığı üçün, corab üzərinə məsh etmək caiz deyildir. Buna görə də dəstəmaz alanda ayaqlar yuyulmalıdır.