Mənəviyyata Açılan Pəncərə

Cünub ikən dırnaq kəsmək olarmı?

Cünub ikən dırnaq kəsmək haram deyil və nəslərdə (ayə və hədislərdə) hər hansı qadağa yoxdur. Ancaq İmam Qəzzaliyə görə, axirətdəki dirilmə bədənlə olacağı (həşri-cismani) və bu dünyada ikən insandan qopan hər bir üzv orada qopduğu yerə yenidən qoyulacağı üçün cünublu ikən sözügedən işləri etmək məkruhdur.[1] Məhz bu anlayışı nəzərə alan bəzi alimlər fitva kitablarında cünubun bu kimi işləri etməsinin məkruh olduğunu qeyd etmişlər.[2]

Ancaq qoltuqaltı, qasıq və dırnaq təmizliyinin qırx gündən çox gecikdirilməsi təhrimən (harama yaxın) məkruhdur. Məhz bu səbəbdən deyə bilərik ki, təmizlik müddəti qırx günü keçməyəcəksə, aybaşı, zahı və cünubun bədənindən bir şey qoparmaması daha məqsədəuyğundur. Əgər qırx günü keçəcəksə, “zərərli olanların ən yüngül olanı” seçilər və bu cür təmizliklər edilə bilər.

Qadınların aybaşı günləri yaxınlaşdıqda təmizlənməli olan yerlərinə diqqət etmələri və aybaşı olmadan təmizlənmələri tövsiyə olunur. Məsələn, dırnaqların kəsilmə vaxtı gəlibsə kəsmələri və aybaşı günlərinə burxmamaları daha yaxşıdır.



[1] “əl-Fətaval-Hindiyyə”, V, 358.

[2] Qəzzali, “Ehyaü ülumid-din”, II, 48-49; “əl-Fətaval-Hindiyyə”, V, 358.

Exit mobile version