Dəstəmazın dörd fərzi var. “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”[1] ayəsində sırayla bildirilmişdir. Bunlar da üzü yumaq, dirsəklərə qədər qolları yumaq, başa məsh etmək və topuqlara qədər ayaqları yumaqdan ibarətdir.[2] Bunları qısa olaraq izah edəcəyik:
1. Üzü yumaq
Üzün bir dəfə yuyulması fərzdir. Üz, şaquli vəziyətdə, uzununa, saçın bitdiyi yerdən saqqal və ya çənə altına, eninə isə iki qulaq yumşağı arasında qalan yerdir. Saqqal, bığ və qaşların dibinə suyun təması şərtdir. Həmçinin saqqal yeri ilə qulaq məməsi arasında qalan ağ və tüksüz hissə də üzə daxildir.
Gözün içi yuyulmur, ancaq göz çuxurları yuyulmalıdır. Linza taxan şəxslərin dəstəmaz alarkən linzanı çıxarmalarına gərək yoxdur. Qüsldə də belədir.
Barmaq üclarından dirsəklərlə qədər qolları bir dəfə yumaq fərzdir.
Qolu kəsilmiş (amputasiya olmuş) bir şəxs sadəcə dirsəyini yuyur.
Barmaqlarda dar və altına su keçirməyən üzük varsa, üzük yerindən tərpədilərək altına suyun keçməsini təmin etmək lazımdır.
Dəstəmaz alarkən yuyulacaq yerlərdə quru yer qalmamalıdır. Dırnaqlar həddindən çox uzanıb altına su keçməzsə dəstəmaz səhih olmaz.
Lak, boya, pomada, dodaq boyası kimi suyun təmasına mane olan maddələr dəstəmaz almadan aradan qaldırılmalıdır.
Ustaların dırnaqları və dərisinə yapışan və təmizlənməsi çətin olan boya (silikon tərzi yapışqan maddələr təmizlənə bildiyi qədər təmizlənir, geri qalan qismi) dəstəmaza mane deyildir.
Dəstəmaz aldıqdan sonra dırnaqların kəsilməsi dəstəmazı pozmur.
Başın dörddən birini yaş əllə bir dəfə məsh etmək fərzdir. Buna görə də başın əmgək deyilən ön tərəfinin məsh edilməsi daha fəzilətlidir. Muğirə ibn Şubə (r.a) belə demişdir: “Peyğəmbər (s.ə.s) dəstəmaz aldı, başının ön tərəfini, sarığın üstünü və məstlərini məsh etdi.”[3] Dörtdə birdən az olmamaq şərti ilə başın arxa tərəfi də məsh edilə bilər. Məshdə əsas olan iki qulağın arasında qalan, yuxarı hissədir. Bu bölgədəki saçların üstünə məsh edilməsi kifayətdir.
Uzunsaçlı şəxslər saçın ucunu yox, diblərini məsh etməlidir. Yox məsh keçərli olmur. Çünki məshdə əsas olan başın məsh edilməsidir.
Qulaqların məsh edilməsi başı məsh yerinə keçməz.
Saçı tökülmüş şəxs saç olmasa da başını məsh etməlidir.
Başa geyilmiş təkkə, sarıq, papaq kimi baş geyimlərinə məsh etməklə dəstəmaz səhih olmaz. Qadınların baş örtüklərinin üzərindən məsh etmələri də səhih deyildir.
Maliki və hənbəli məzhəblərinə görə, başın hər tərəfini məsh etmək fərzdir.[4]
Əldəki islaqlıqla baş məsh edilə bilər. Abdullah ibn Zeyd (r.a.) “Rəsulullahın (s.ə.s) dəstəmaz aldığını, əlini yenidən su ilə isladaraq başını məsh elədiyini görümüşdür.”[5] Odur ki, qolları yuyandan sonra yenidən əlləri isladaraq başı məsh etmək lazımdır.
Ayaqları topuqlarla (yuvarlaq çıxıntı halındakı sümüklər) bərabər bir dəfə yumaq fərzdir. Hz. Peyğəmbər; “Vay odda yanan o topuqların halına!”[6]˗ buyuraraq, ayaqların topuqlarla birgə yuyulmasının lazım olduğuna diqqət çəkmişdir. Ancaq topuqlardan və ya daha yuxarı hissədən ayağı kəsilmiş (amputasiya olunmuş) kimsələr həmin üzvü yumazlar.
Bir kimsənin ayağında yarıq əmələ gələr, həmin yaraya dərman və ya (maz və s.) qoyarsa və dəstmaz aldıqda su keçməzsə; əgər yumaq yaraya zərər verərsə dəstəmaz səhihdir, zərər verməyəcəksə sabun və s. kimi bir şeylə təmizləndikdən sonra ayaq yuyulmalıdır.
Hənəfilərin xaricindəki əksər fəqehlər dəstəmaza sünnədən dəlillər gətirərək bunlardan başqa niyyət etmək, ardıcıllığa riayət, fasilə verməmək və ovmaq kimi fərzlər əlavə etmişlər.[7] Ayədə keçmədiyi halda hədislərdə vurğulanan həmin fərzlər hənəfi məzhəbinə görə sünnə sayılır.
Dəstəmaz ayəsindəki (Maidə, 5/6) “başınızı məsh edin” ifadəsindən sonra gələn “ayaqlarınızı da” ifadəsini Cəfəri məzhəbinin fəqehləri “ayaqlarınızı da məsh edin” mənasında qəbul etmişlər. Quranı-Kərimin səhih qiraətlərindən çıxan məna və Hz. Peyğəmbərin (s.ə.s) səhabəyə öyrətmək məqsədilə tətbiqatı yuma şəklindədir. Rəsulullah (s.ə.s) səhabənin yanında dəstəmaz alarkən ayaqlarını yumuşdur. Həmçinin ayaqları yumağın fəzilətindən bəhs edən hədislər də bir çox səhabə tərəfindən nəql edilmişdir.[8] Dörd məzhəbə və Zeydiyyə məzhəbinə görə dəstəmaz alarkən ayaqları yumaq fərzdir.
Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.
Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.
Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.
Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.
Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.