5. 034 dəfə oxunub ,   0 şərh   Çap et

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.

Fərz olan dəstəmaz

İki halda dəstəmaz fərz almaq fərzdir:

  1. Dəstəmazsız olan və namaz qılmaq istəyən şəxsin dəstəmaz alması fərzdir. Bu namaz istər fərz, istər vacib, istərsə də nafilə olsun və yaxud da cənazə namazı və ya tilavət səcdəsi kimi tam namaz mahiyyətini daşımayan bir ibadət olsun hökm dəyişmir. Bunun dəlili dəstəmaz ayəsi[1] ilə Hz. Peyğəmbərin (s.ə.s) “namaz qılacağım vaxt dəstəmaz almaqla əmr olundum.”[2] − hədisidir.
  2. Qurani-Kərimə toxunmaq üçün dəstəmazlı olmaq lazımdır. Bir ayənin kağız, dəri, divar və ya nəğd pul üzərində yazılı olması da, əllə tutma baxımından eyni hökmə bağlıdır. Dəlil; “Ona yalnız pak olanlar toxuna bilər!”[3] Hz. Peyğəmbərin (s.ə.s): “Qurana ancaq təmiz olan toxuna bilər”˗ hədisidir. [4]

Vacib olan dəstəmaz

Kəbəyi-müəzzəməni təvaf etmək üçün dəstəmaz almaq hənəfilərə görə vacibdir. Fəqihlərin əksəriyyəti isə bunu fərz qəbul edərlər. Bunun dəlili bu hədisdir: “Beytullahı təvaf etmək bir namaz kimidir. Aralarında bir fərq vardır ki, Allah təvafda danışmağı halal qılmışdır. Kim təvafda danışarsa ancaq xeyir söyləsin.”[5] Hənəfilər təvafı həqiqi bir namaz kimi qəbul etmirlər. Buna görə də onun səhhətini dəstəmaza bağlamırlar. Vacibin tərkindən ötrü qurban cəzası lazımdır.

Məndub olan dəstəmaz

Həmişə dəstəmazlı olmaq, əzbərə Quran oxumaq, azan oxuyub qamət gətirmək, dini kitablara toxunmaq, dini elmləri öyrənib öyrətmək, cənazə yumaq və ya cənazənin ardınca getmək, yatmazdan əvvəl və yuxudan oyandıqda, namaz xaricində qəhqəhə ilə güldükdə dəstəmaz almaq məndubdur. Həmçinin qəzəbləndikdə dəstəmaz almaq da məndubdur. Allah Rəsulu (s.ə.s): “Qəzəb şeytandandır. Şeytanda da oddan yaradılmışdır. Odu, atəşi anacaq su söndürər. Buna görə də biriniz qəzəbləndikdə dəstəmaz alsın.” ˗ buyurmuşdur.[6] Məndub olaraq alınan dəstəmazla, lazım gəldiyində hər cür namaz qılınar və ya Qurani-Kərim oxuna bilər.[7]

Dəstəmazlı şəxsin heç namaz qılmadan yenidən dəstəmaz alması su israfı sayıldığından məkruhdur.[8]


[1] Maidə, 5/6.
[2] Əbu Davud, Ətimə, 11; Tirmizi, Ətimə, 40; Nəsai, Təharət, 100; Ə. İbn Hənbəl, , 359; Darimi, Vüdu, 65.
[3] Vaqiə, 56/79.
[4] Malik, Müvəttə, Quran, 1; Qurtubi, Cami, XVII, 146; Şövkani, Neylul-övtar, I, 205.
[5] Zeyləi, Nəsbur-rayə, III, 57.
[6] Əbu Davud, Ədəb, 4.
[7] Züheyli, e.a.ə., I. 210-212.
[8] İbn Abidin, Rəddül-muxtar, I, 111.



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Qurban kəsmək kimlərə vacibdir?

Qurbanın vacib olması üçün bəzi tələblər var. Belə ki, qurban bayramında qurban kəsmək əqli cəhətdən sağlam olan, yetkinlik yaşına çatmış, səfərdə olmayan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”


Şərh yaz