7. 266 dəfə oxunub ,   0 şərh   Çap et

“Orta məktəbdə oxuyurdum. Əmimgilin yaşadığı evdə qaz partlaması nəticəsində yanğın baş vermişdi. Xoşbəxtlikdən ölən və xəsarət alan yox idi. Bütün kəndlilər evin ətrafında toplaşmışdılar. Ata evinin yandığını görən rəhmətlik bibim həyəcan və qorxudan huşunu itirərək yerə yıxılmışdı. Nəfəs ala bilmirdi. Ətrafdakı insanlar “dili boğazına gedib” deyirdilər. Dərhal müdaxilə etmək lazım idi. Digər bibim barmaqlarını yerdə yatan bibimin ağzına saldı və onun qatlamış dilini barmaqları ilə düzəltdi. Bibim nəfəs almağa başladı və özünə gəldi.”  Bu hadisədən sonra dil necə boğaza getməyi haqqında düşünməyə başlamışdım. Hətta bəzən dilimi arxaya qatlayaraq bunun mümkün olub-olmadığını öz üzərimdə yoxlayırdım. Bir sözlə dil mənim üçün bir müəmma olaraq qalmaqdaydı. Elə bu səbəbdən dil haqqında araşdırma aparmağa qərar verdim.

Dil qan damarları, sinirlər, vəzilər və limfa damarları ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Dildə bizim təxmin edə bilməyəcəyimiz sayda bir-birindən müxtəlif əzələlər var. Bu əzələlər sayəsində dil öz yerində dayanır və son dərəcə həyati əhəmiyyətə malik hərəkətlər edə bilir.

Sadəcə əzələlərdən mütəşəkkil orqan olan dil ağız boşluğunda ən ideal şəkildə yerləşdirilmişdir. Ağız yumulu olduqda bütün ağız boşluğunu doldurur. Normal vəziyyətdə dilin ucu sərbəst, kənarları dişlərlə, üst hissəsi isə üst damaqla təmasda olur. 

Dil gövdə və kök olmaqla iki hissəyə ayrılır. Gövdəni ağız boşluğunda asanlıqla görmək mümkündür. Dilin kök hissəsi isə boğaza bitişik olduğundan ancaq dili aşağı basaraq güzgüylə baxdıqda görünür. Kök və gövdənin birləşdiyi yer V hərfini xatırladır.

Dilin boğaza bitişik hissəsində yəni kökündə əzələlər, damarlar və sinirlər mövcuddur. Dilin kök hissəsi həm də badamcıqlarla qonşudur. Dilin kökündə tüpürcək vəziləri mövcuddur ki, bunların funksiyası ağız suyu ifraz etməkdir. Məhz həmin vəzilərin ifraz etdiyi ağız suyu sayəsində dilin kökü islanır və loğmaların asanlıqla udulması təmin edilir.

Dil əslində çox balaca orqan olsa da əzələlərinin çoxluğu və müxtəlifliyi, limfa və vəzilərin hərəkətinə kömək edən yağ təbəqəsi dilin hərəkətini asanlaşdırır. Elə bu xüsusiyyətlərinə görə də, dil ən sürətli hərəkər edən orqan sayılır. Dilin fizioloji quruluşu onun sürətli hərəkətinə imkan verir. Dil, bundan əlavə bir çox funksiyaları da yerinə yetirir.

Çeynəmək

Dilin funksiyalarından biri, çeynəmə əsnasında qidaların dişlər arasında hərəkətini təmin etməkdir. Bu mənə atamın odun doğrayarkən bir əli ilə odunu tutub digər əli ilə baltayla vurmasını xatırladır. Balta hər an əldən çıxa və insana zərər verə bilər. Onu düzgün vurmaq üçün doğru hərəkət etdirməyi bilmək lazımdır. Dil də loğmanı dişər arasında hərəkət elətdirərkən dişlər tərəfindən kəsilməməlidir. Çeynəmə əsnasında dilimiz bu hərəkəti o qədər ustalıqla gerçəkləşdirir ki, Allahın onu necə mükəmməl yaratdığını və buna görə şükür etməli olduğumuzu belə unuduruq. Loğmaları çeynərkən səhvən dilimizi dişləyəndə isə dərindən “ah” çəkirik. Amma yenə də şükür etmək ağlımıza gəlmir.

Dilin üst tərəfində yerləşən sərt toxuma təbəqəsi dişlər tərəfindən çeynənilmiş, ağız suyu ilə isladılmış qidaların parçalanması və əzilməsinə kömək edir. Beləcə çeynənmiş qidalar ağız suyu ilə qarışır ki, nəticədə qidanı udmaq asanlaşır.

Udma

Çeynənmiş və ağız suyu ilə islanmış qida topası dilin dibinə düşdükdə oradakı reseptorlar qıcıqlanır. Udma əzələləri reflektor surətdə yığılır. Qırtlaq qapağı qığırdağı aşağı enir və qidanı qırtlağa düşməyə qoymur. Yumşaq damaq qalxır, burun-udlağın yolu tutulur və qida topası udlağa itələnir. Qida sonra qida borusuna döşür. Onun divarları dalğavari yığılaraq qidanı mədəyə ötürür. Biz sadəcə qidanı ağzımıza qoyandan sonra onu çeynəmək və udma prosesinin bir hissəsinə müdaxilə edə bilirik. Udmadan sonrakı prosesə hər hansı müdaxilə etmək bizim əlimizdə deyil. Bunların hamısı İlahi lütflərlə gerçəkləşir.

Sorma

Sormaq əsnasında hər tərəfi qapalı olan ağız boşluğunda, dil arxaya və aşağıya tərəf hərəkət edir. İçdiyimiz bütün mayeləri daxilə sorulmaq üçün vakkum formalaşdırır.

Danışmaq möcüzəsi

Dil ağız boşluğunda müxtəlif hərəkət və şəkil dəyişikliyi ilə fərqli səslərə və möcüzəvi nitqimizin ortaya çıxmasında da əhəmiyyətli rola malikdir.

Dad reseptorları

Dilin üzərində müxtəlif şəkillərdə kiçik qabarcıqlar müşahidə olunur. Bu qabarcıqlara dad reseptorları deyilir. Həmin reseptorların sayı həddindən artıq çoxdur. Bu reseptorlar sayəsində yediyimiz qidaların dadını alırıq. Üstəlik onlar qidaları parçalama qabiliyyətinə malikdir. Vəhşi heyvanlarda bu reseptorları örtən üst təbəqə çox qalındır. Buna görə də həmin heyvanlarda dilin üstü yeyə kimi itidir. Şəkil baxımından göbələyə bənzəyən və rəngləri qırmızı olan reseptorlar sayca azdır və dilin ucunda yerləşir. Bunlar sayəsində canlılar turş, şirin, duzlu olmaqla müxtəlif dadları hiss edirlər.

Nümunəvi təmizlik

Dilin ucu kürdan və ya diş çöpü kimi ağız boşluğunun hər tərəfinə toxuna biləcək və ilişib qalan qida qalıqlarını təmizləyəcək şəkildə yaradılmışdır. Əgər dilin bu təmizləmə qabiliyyəti olmasaydı ağızda yara və diş çürüntüləri baş alıb gedərdi.

Dilin digər funksiyaları

Dildəki hər əzələnin öz adı var. Dildəki əzələlər dilin ağız boşluğundan çölə-içəri hərəkətini də asanlaşdırır. Alt çənə sümüyündən başlayan əzələ lifləri dilin ucu və kökünə tərəf uzanır. Bu liflər dilin hərəkətinə təsir edir və hərəkəti tənzimləyir. Liflərin dartılması ilə dil önə və arxaya doğru hərəkət edir. Həmin əzələlərin azca dartılmış vəziyyətdə olması dilin arxaya gedərək nəfəs borusunun önünü kəsməyinə mane olur.

Dilin əzələləri xüsusi və xarici olmaqla iki yerə bölünür. Dilin xüsusi əzələləri yığıldıqda dilin forması dəyişir. Dilin xarici əzələləri isə onu arxaya-yuxarı, arxaya-aşağı, önə-aşağı, önə-yuxarı hərəkət etdirir. Dil üç hissəyə bölünür: ucu – zirvəsi, orta hissəsi – cismi və arxa hissə – kökü adlanır. Dil arxasının selikli qişası məməciklərlə örtülür. Dil taktil və dad orqanı olub, çeynəmədə, qida porsiyasının təşəkkülündə iştirak edir.

Xülasə, ağız boşluğumuzda son dərəcə mükəmməl olaraq yaradılan bu orqan bizə elm və hikməti sonsuz Yaradıcını xatırladır.

Dr. Hacı Lüy

http://www.sizinti.com.tr/konular/ayrinti/dil-denen-mucize-mayis-2012.html



Açar sözləri

dil möcüzə orqan

Bənzər məqalələr

Qəlblərin açarı – sevgi dili

Ailədəki xoşbəxtliyin mütəmadi olmasında sevginin rolu əvəzsizdir. Sevginin ifadə şəkilləri üçün isə sevgi dilinin öyrənilməsi lazımdır. Hər insanın daxilində başqa insan tərəfindən sevilmək, sevildiyini bilmək istəyi var. Ailə həyatında sevgi nə qədər önəmlidirsə, onun ifadə şəkilləri də bir o qədər əhəmiyyətlidir.

Hədislərdə dil əxlaqı

Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.

Orqanları satmaq caizdirmi?

Öz ölümünə səbəb olacaq orqanı bağışlamaq və ya satmaq özünü qəsdən öldürmək – intihar etməklə eyni şeydir. Ancaq insan ölümünə səbəb və ya sağlamlığına hər hansı zərəri olmayacaq orqanını (məs; böyrəyini), toxumasını ehtiyacı olan xəstəyə bağışlaya bilər. Amma sata bilməz.

Peyğəmbərimizin (s.ə.s.) möcüzələri digər peyğəmbərlərə verilən möcüzələrdən nə ilə fərqlənir?

Peyğəmbərlərə dövrə və şəraitə uyğun möcüzələr verilmişdir. Bir peyğəmbərin zamanında hansı iş və ya peşə geniş yayılmışdısa, verilən möcüzə də ondan və ya ona uyğun olurdu. Yəni möcüzələr hər bir peyğəmbərin yaşadığı zaman kəsiminin mədəniyyətinə və düşüncəsinə müvafiq göstərilirdi ki, daha təsirli və güclü olsun.


Şərh yaz