6. 433 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:”Dində məcburiyyət yoxdur”ayəsini necə başa düşməliyik?

Din güc tətbiqi ilə qəbul edilən və ya zorla qəbul etdirilən bir sistem deyildir. Din inancla bağlıdır, ona görə də burada hər şeydən əvvəl inanmaq əsasdır. İnanmaq isə öz-özlüyündə vicdana və qəlbə aiddir. Qəlb və vicdana zorla təsir etmək, hakim olmaq və bir mənada onu fəth etmək mümkün deyildir. Dolayısilə, insan ancaq vicdanının səsinə qulaq asır, içindən gəlir və könlü iman gətirməyə yatqındırsa, o zaman iman edir. Məhz bu mənada “Dində məcburiyyət yoxdur” [1] deyilir.

İslam hər şeydən əvvəl iradə və seçim azadlığını əsas götürür  və bütün  prinsiplərini də bu bünövrə üzərində inşa edir. Heç bir məcburi əməl, iş – istər inanc, istər ibadət, istərsə də alış-veriş məsələlərində düzgün və etibarlı qəbul olunmamışdır. Əslində, bu kimi hallar “Əməllər niyyətlərə görə dəyər qazanır”[2] hədisi-şərifinin ruhuna da ziddir.

İslamiyyət dini məsələlərin icrası ilə yanaşı, insanların dini qəbul etməsində də məcburiyyəti xoş qarşılamır. O, insanları tamamilə sərbəst buraxır. Zorla qıldırılan namaz və yaxud tutdurulan oruç ibadət sayılmır.İslam hüququna görə, İslam dövlətinin hakimiyyətini qəbul edən zimmilər cizyə və xərac ödəməyə razı olduqdan sonra İslam dini də onların can və malının təhlükəsizliyinə təminat verir. Bəli, İslam dininin tolerantlıq üfüqləri bu qədər əngindir.

Həzrət Adəmdən bu günədək əsl din heç kimi məcbur etməmişdir. Məcburiyyət inancsızların və cahillərin əməlidir.Onlar insanları inancından uzaqlaşdırmaq məqsədi ilə onlara ağlasığmaz işgəncə və əziyyətlər vermişlər.

Mövzu ilə əlaqədar olaraq arzu edənlər Almalılı Həmdi Yazırın Təfsirindən Bəqərə surəsi 256-cı ayənin təfsirinə baxa bilərlər.

 


[1] Bəqərə surəsi,256

[2] Buxari, Vəhyin başlaması,1




Bənzər məqalələr

“Dində məcburiyyət yoxdur” ayəsini necə başa düşməliyik?

“Dində məcburiyyət (zorakılıq) yoxdur.”(Bəqərə, 256)  Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Çünki məcburiyyət dinin ruhuna ziddir. İslam dini insanın iradə və ixtiyarı, azad qərar verməsinə əhəmiyyət verir və bütün prinsiplərini də bu əsas üzərində qurur. İkrah hissi ilə, məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də əxlaq baxımından qətiyyən qəbuledilməzdir […]


Şərh yaz