Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa, bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa, oruc pozulur.
“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur”. Hər il zamanın bu mübarək diliminə qədəm qоyanda sanki bir daha ilahi aləmlərin о sеvincli, о nəşəli günlərinə qоvuşuruq.
Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
Üç aylarda oruc tutmağın hökmü nədir? İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc Quran və Sünnədə yoxdur.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.