Mənəviyyata Açılan Pəncərə

Diş təmizliyinin fəziləti və bəzi tövsiyələr

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «لَوْلَا أَنْ أَشُقَّ عَلٰى أُمَّت۪ي أَوْ عَلَى النَّاسِ لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ كُلِّ صَلَاةٍ»

Əbu Hureyrə (r.a.) nəql edir:

“Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Əgər ümmətimə, yaxud insanlara əziyyət verməkdən əndişə etməsəydim, hər namazın əvvəlində misvakdan istifadə etməyi (dişləri təmizləməyi) əmr edərdim”. [Buxari, Cümə 8, Savm 27; Müslim, Təharət 42]

 عَنْ حُذَيْفَةَ  قَالَ: كَانَ رَسُولُ اللّٰهِ  إِذاَ قَامَ مِنَ النَّوْمِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ.

Hz. Huzeyfə (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) yuxudan oyanandan sonra misvakla dişini təmizləyərdi”. [Buxari, Vudu 73, Təhəccüd 9; Müslim, Təharət 46]

 عَنْ عَائِشَةَ  أَنَّ النَّبِيَّ  قَالَ: «السِّوَاكُ مَطْهَرَةٌ لِلْفَمِ مَرْضَاةٌ لِلرَّبِّ»

Həzrəti Aişə (r.anhə) Allah Rəsulunun (s.ə.s.)  belə buyurduğunu nəql edir:“Misvakdan istifadə etmək həm ağzı və dişləri təmizləyir, həm də aləmlərin Rəbbi olan Allahın rizasına səbəb olur”. [Nəsai, Təharət 4]

 عَنْ عَائِشَةَ  قَالَتْ: قَالَ رَسُولُ اللّٰهِ : «عَشْرٌ مِنَ الْفِطْرَةِ: قَصُّ الشَّارِبِ وَإِعْفَاءُ اللِّحْيَةِ وَالسِّوَاكُ وَاسْتِنْشَاقُ الْمَاءِ وَقَصُّ الْأَظْفَارِ وَغَسْلُ الْبَرَاجِمِ وَنَتْفُ الْإِبْطِ وَحَلْقُ الْعَانَةِ وَانْتِقَاصُ الْمَاءِ»

قَالَ الرَّاوِي: وَنَس۪يتُ الْعَاشِرَةَ إِلَّا أَنْ تَكُونَ الْمَضْمَضَةُ

Həzrəti Aişə (r.anhə) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“On şeyi etmək fitrətə xasdır (sünnətdir): bığları qısaltmaq, saqqal saxlamaq, misvakdan istifadə etmək, dəstəmaz alarkən buruna bir az çox su çəkmək, dırnaqları tutmaq, barmaq aralarını yumaq, qoltuqda, qasıqda artıq tükləri təmizləmək, istinca etmək”.

Hədisin ravisi deyir: “Onuncusunu unutdum, ancaq çox güman ki, dəstəmaz alarkən ağıza su almaq idi”. [Müslim, Təharət 56]

Exit mobile version