8. 133 dəfə oxunub ,   2 şərh   Çap et

Sual: Bəzi dua kitablarında duaların müəyyən sayda oxunması haqqında məlumatlar var. Məsələn, bildirilir ki, səlatı-təfriciyə duasını 4444 dəfə oxumaq lazımdır. Dinimizdə duaları müəyyən bir saya görə oxumaq doğrudurmu?

Cavab: Hədislərdə müəyyən sayda oxunması bildirilən dualar mövcuddur. Məsələn, hər kəsin bildiyi və namazlardan sonra edilən zikrlər (33 dəfə Sübhanəllah, Əlhəmdulilləh, Allahu Əkbər), İxlas surəsinin üç dəfə oxumaq, gündə yüz və ya yetmiş dəfə tövbə-istiğfar etmək kimi, hədislərdə bildirilən və Rəsulullahın (s.ə.s) tətbiqatına əsaslanan dualar var. Bu dualar xaricində yenə mənəvi rəhbərlərin Allah Rəsulundan (s.ə.s) kəşf yolu ilə əldə etdiyi dualar mövcuddur. Onlar bəzən bu duaların sayı haqqında məlumatlar vermişlər.

Rəvayətlərdəki duaların sayını belə izah edə bilərik: Necə ki, bir həkim xəstəsinə verdiyi dərmanın istifadə şəklini təyin edir, məsələn, gündə 3 dəfə, 5 dəfə kimi, Rəsulullah (s.ə.s) və Onun yolu ilə gedən bəzi mənəvi öndərlər müəyyən dualar üçün saylar söyləmişlər. Günorta namazının nə üçün 10, axşam namazının isə nə üçün 5 rükət olmasının hikmətlərini açıqlaya bilmədiyimiz kimi, bu duaların da bizim anlamadığımız bir çox hikmətləri vardır. Bu dualar Allahın rəhmətinə nail olmaq üçün bir dəvətnamə ola bilər. Fərz edək ki, Allahın xəstənin şəfa tapmasə üçün vəsilə etdiyi dərman şifrəli bir qapının arxasındadır. Dualardakı ədədlər bağlı olan qapının şifrəsi ola bilər. Allah şəfa tapmağın və s. yollarını bu saylarla bildiribsə, deməli, bunlarla nəticə əldə etmək mümkündür.

Eyni zamanda bu dualar təcrübədən keçirilmiş və ümumi olaraq müsbət nəticə əldə edilmişdir. Nəticə olaraq isə, biz dua etməklə Allahdan nəsə istəyirik.

Salatı-təfriciyəyə gəlincə, bu duada daha çox Rəsulullah (s.ə.s) xatırlanır. Yəni, biz bu duayla Allah Rəsuluna səlatu-salam gətiririk. Allah da bunu bizdən istəyir: “Şübhəsiz ki, Allah və Onun mələkləri Peyğəmbərə həmişə səlat edərlər. Ey iman edənlər! Siz də ona səlat edin və tam bir səmimiliklə salam verin.”[1] Allahın salat etməsi Rəsulunu bağışlaması, mələklərin səlatı, Onun üçün bağışlanma diləməsi, möminlərin gətirdikləri səlatu-salam isə Allah Rəsulunun (s.ə.s) dərəcəsinin yüksəldilməsi üçün edilən dua mahiyyətindədir.

Hər hansı çətinliklə qarşılaşanda Rəsulullaha (s.ə.s) səlat və salam oxuyub, dua edərək Allahdan həmin sıxıntıların uzaqlaşdırmasını istəmək olar. Allahın Rəsulunun (s.ə.s) xatirinə bu duaları daha tez qəbul edəcəyi ümid edilir. Burada əsas olan Allahdan başqasından istəməməkdir.

Bu saylar Allah dostlarından rəvayət edildiyinə görə müəyyən əhəmiyyət kəsb eləsə də, bunları müqəddəsləşdirərək ədədlərdən nə isə gözləmək, yalnız bu səlatu-salam və duaları oxumaq düzgün davranış deyil. Bu sayların bəzilərinin Rəsulullahla (s.ə.s), bəzilərinin də İslam böyüklərinə əlaqəsi vardır. Bunları tamamilə rədd etmək doğru olmadığı kimi, hər şeyi müəyyən sayda zikrdən gözləmək və əsl şəfa verən Allahı unudaraq bunlara sarılmaq da düzgün deyil.

[1]Əhzab, 33/56.



Açar sözləri

4444 dua təfriciyə zikir

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


2 şərh yazılıb
  1. leyla , 30/08/2014 tarixində, saat 14:08

    Dua və Quran hər zaman insanın Allaha sığınmasına kömək edir.

  2. metanet , 11/02/2015 tarixində, saat 05:02

    Salamunaleykum !

Şərh yaz