1. 487 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

اُنْظُرُوا إِلىَ مَنْ أَسْفَلَ مِنْكُمْ وَلاَ تَنْظُرُوا إِلىَ مَنْ هُوَ فَوْقَكُمْ فَهُوَ أَجْدَرُ أَنْ لاَ تَزْدَروُا نِعْمَةَ اللهِ

* * *

Əbu Hurəyrənin (radiyallahu anh) rəvayət etdiyi bir hədisdə, Peyğəmbərimiz (əleyhi əfdalus-səlavati vəttəslimat) belə buyurur:

“Sahib olduğunuz dünyalıq imkanlar yönüylə, vəziyyəti sizdən daha yaxşı olanlara deyil, daha aşağı  olanalara baxın. Çünki ( belə bir baxış tərzi ) Allahın üzərinizdəki nimətlərini kiçik görməməniz üçün ən doğru yoldur ”.

(Müslim, Zühd, 9; Tirmizi, Qiyamə, 58; libas, 38; İbn Macə, Zühd, 9)

Dünya Nimətlərinə Baxış Tərzimiz

Axirətin tarlası olan bu dünyada insan oğlu müxtəlif imtahanlar yaşamaqdadır. Dünya Axirət yurdunun tarlasıdır, insan burada nə əkərsə orada onu biçər. İmtahan və sınaqlar meydanı olan dünya həyatımızda müşxtəlif çətinliklərlə üz-üzə gəlirik.[1] Allah insanı varlıqla da imtahan edər, yoxluqla da[2]. Xəstəliklərə də düçar edər, sağlıq-səhhəti də O verər.

İnsan kasib olar, dara düşər birtəhəhər səbr edib dözə bilər, ancaq varlıq və böyük imkanlara sahib olub da, İlahi sınağı keçən insan sayısı azdır. Bu hadisə, tarix boyunca belə davam edib durmuşdur. Belə olan halda hər bir mömin, özünü islah etməli və elindəki imkanları ən yaxşı bir şəkildə səfərbər edərək əbədi səadəti qazanmağa çalışmalıdır. Çünki insana verilən maddi və mənəvi imkan və qabiliyyətlər fərqli olduğundan, hər kəs özünə veriləndən hesaba çəkiləcəkdir.

Şeytan maddi imkanları yüksək olan insanları göstərərk vəsvəsə verdiyi zaman, həmən özümüzdən maddi baxımdan kasıb olan insanlara baxmalı halımıza şükür etməliyik. Bir çətinliyə, müsibətə düçar olduğumuzda da halı vəziyyəti bizdən ağır olana baxmalı halımıza yenə də şükr etməliyik. Allahım düzdür mənim belə bir çətunliyim var, ancaq o qardaşımın dərdi-sıxıntısı məndən çoxdur, yenə şükürlər olsun deyə bilməliyik. Bu şəkildə rəftar edən mömin insanı bəzən ibadətlərlə əldə edilməsiylə mümkün olmayan dərəcələrə yüksələr. Şükürsüzlük içındə şikayət edərək üsyan etsə, həm dünyaya baxan tərəfi ilə qəm-qüssə çəkəcək, həm de axirət hesabına zərər edəcək, nankorluğunun cəzasını görəcəkdir.

İslam alimlərinə görə bu hədis, dünya və axirət xeyrini özündə cəmləşdirmişdir. Çünki bu hədis görə hərəkət edən bir mömin, özündən maddi imkanları yüksək olan şəxslərə həsəd gözü ilə baxmaz,  aşağı olanlara da şəfqət edərək, əl tutar.

Nəticə olaraq, Allah-Təaladan dünya malı istəməməli, verirsə şükür etməliyik.Verilməzsə də səbir göstərərək, axirət səadətini qazanmağa çalışmalıyıq.

اَللَّهُمَّ صَلِّ وَسَلِّمْ وَبَارِكْ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ وَأَتْبَاعِهِ أَجْمَعِي

وَسَلَامٌ عَلَى الْمُرْسَلِي

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ


[1] Bəqərə, 155 ; Mülk, 2

[2] Ali İmran, 26-27; Şüəra, 79-80



Açar sözləri

dünya nemet

Bənzər məqalələr

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

Dünya bir kölgəlikdir

Dünya ilə mənim nə əlaqəm var. Mən dünyada bir ağac altında kölgələnib, sonra da yoluna davam edən bir yolçu kimiyəm.


Şərh yaz