Mənəviyyata Açılan Pəncərə

Əhli-Kitabla dostluq

Sual: Ali-İmran surəsinin 100-cü ayəsində Əhli-kitaba uymayın deyilir. Bunu necə başa düşməliyik?

Ali-İmran surəsinin 100-cü ayədə “Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər”. buyurulur. Qurani-Kərimdəki mövzuları ələ alarkən Qurana bütüncül baxılmalı, ayələrin enmə səbəbinə diqqət edilməlidir. Ayədə onlarla dost olmayın ifadəsi yox, onların sözlərinə uymayın ifadəsi vardır. Mədinədə yaşayan Kaynukaoğulları yerli əhalidən olan iki qəbilə-Övs və Xəzrəc arasında nifaq çıxarmaq istəmiş bunun üzərinə də həmin ayə nazil olmuşdur.[1] Bu ayədən bu gün əhli-kitabla münasibət qurmamalıyıq mənası çıxmaz. Onlarla olan sosial-iqtisadi münasibətlərimizlə bu ayənin heç bir əlaqəsi yoxdur. Ayrıca onlarla görüşəcək, dinimizin gözəlliklərini onlara göstərmək üçün dialoq quracağıq. Ancaq dini dəyərlərimizi yorumlayarkən onların fikirlərini birmənalı qəbul etməyəcəyik.  


[1] Təbəri, Camiul-Bəyan, IV, 17. Bədrəddin Çətinər, Əsbabı-Nüzul, Çağrı Yayınları; I, 159.

Exit mobile version