4. 844 dəfə oxunub ,   0 şərh   Çap et

b. Həram bölgəsinin ovları və bitki örtüyü ilə əlaqəli olanlar:

Məkkə Həramında təbii olaraq yetişmiş ot və ağacları qoparmaq və kəsmək də bu bitkilərin qiymətləri hesablanıb sədəqə olaraq verilməsini vacib edən hallardan biridir. Göbələk, yer alması kimi bitkilər xaric. Haram bölgəsində ov heyvanlarına və təbii olaraq yetişən ot və ağaclara veriləcək zərərin bilərək, səhvən və unudularaq olması arasında heç bir fərq yoxdur. Qurani-Kərimdə belə buyurulur. “Ey iman gətirənlər! ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır…[1]

Həram bölgəsində təbii şəraitdə yetişən heyvan və bitki örtüyünün bu qadağalar vasitəsi ilə mühafizə altına alınması İslam mədəniyyətinin bir təzahürü olması ilə bərabər bir-birini söz və davranışları ilə incitməyəcək bir ruh incəliyinə bürünən hacıların şəfqət və mərhəmətinin digər canlı və bitkiləri də əhatə etdiyi mənasına gəlir.[2]

Fərz həcc üçün ehrama girənə qadağan olan şeylər, ümrə ehramlısına da qadağandır. Hənəfilərə görə ümrə edəcək şəxs, təvafın dörd şəvtindən əvvəl xanımı ilə cinsi münasibətdə olarsa, ümrəni qəza etməsi və bir kiçik baş heyvan qurban kəsməsi lazımdır. Dörd şəvt təvafdan sonra cinsi münasibətdə olana qəza lazım gəlməz və belə bir halda bir qoyun qurban etməklə kifayətlənər.[3]

İnsan əl əməyi ilə yetişdirilən bitki və ağacları sahiblərinin və ya başqalarının, işçi və ya bağban olaraq kəsib qopartmasından ötrü bir cəza lazım gəlməz.

6. Ehram Qadağalarına Üzrlü Səbəblərdən Ötrü Riayət Etməmək

Ehramlı şəxs bir üzr səbəbi ilə ətirlənər, təraş olunar və ya bir paltar geyərsə cəza olaraq aşağıdakılardan hər hansı birini seçə bilər:

a. Həram bölgəsində kiçik baş bir heyvan qurban kəsmək;

b. Altı yoxsula fitir sədəqəsi qədər hədiyyə vermək;

c. Üç gün oruc tutmaq. Bunlar başında olan xəstəliyindən ötrü, ehramlı ikən təraş olan  Kab İbn Ücrəyə (r.a) Allah Rəsulunun bildirdiyi cəza növləri olub bu ayəyə əsaslanır: “Qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir.” [4]

Hənəfilərə görə yuxarıda bildirilən cəzalar arasında seçmə haqqı, təkcə xəstəlik, maşın qəzası və ya günəş vurması kimi insandan asılı olmayan üzrlərə üçün aiddir. Buna görə bilməmək, səhv etmək, unutmaq və ya təzyiq göstərmək kimi insandan asılı olan səbəblərlə edilən qadağanlardan ötrü cəzaları seçmə haqqı yoxdur. Bunlar üçün təkcə qurban cəzası tətbiq edilir. Digər üç məzhəbə görə isə insandan asılı olmayan səbəblərdən ötrü də, yuxarıdakı cəzalardan birini seçmə haqqı vardır.

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1]Maidə, 5/95.

[2]Ehram qadağalarına riayət etməmənin cəzası üçün bax. İbnül-Hümam,  e.a.ə, II, 224-254; Meydani,  e.a.ə, I, 199-210; İbn Abidin, e.a.ə, II, 273-296; İbn Rüşd,  e.a.ə, I, 346, 356; Şirazi,  e.a.ə, I, 210-217; İbn Qüdamə,  e.a.ə, III, 494-496; Zühayli,  e.a.ə, III, 257 vd.

[3]Meydani,  e.a.ə,, I, 202.

[4]Bəqərə, 2/196



Yazının davamı,


Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”


Şərh yaz