عَنِ الْبَرَاءِ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «مَا مِنْ مُسْلِمَيْنِ يَلْتَقِيَانِ فَيَتَصَافَحَانِ إِلَّا غُفِرَ لَهُمَا قَبْلَ أَنْ يَفْتَرِقَا»
Hz. Bəra (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “İki müsəlman qarşılaşarkən əl ilə görüşsə (və bir-birinə dua etsə), bir-birindən ayrılmadan günahları bağışlanar”. [Əbu Davud, Ədəb 143]
عَنْ أَنَسٍ قَالَ: قَالَ رَجُلٌ يَا رَسُولَ اللّٰهِ! اَلرَّجُلُ مِنَّا يَلْقٰى أَخَاُه أَوْ صَد۪يقَهُ أَيَنْحَن۪ي لَهُ؟ قَالَ: «لَا» قَالَ: أَفَيَلْتَزِمُهُ وَيُقَبِّلُهُ؟ قَالَ: «لا» قَالَ: فَيَأْخُذُ بِيَدِهِ وَيُصَافِحُهُ؟ قَالَ: «نَعَمْ»
Hz. Ənəs (r.a.) nəql edir: “Bir adam: “Ey Allahın Rəsulu! Qardaşımız və ya dostumuzla rastlaşarkən hörmət əlaməti olaraq onların qarşısında əyilməklə salam vermək düzgündür?” – deyə sual verdi. Peyğəmbərimiz (s.ə.s.): ”Xeyr!” – deyə cavab verdi. Həmin adam: “Bəs, əl ilə görüşə bilərikmi?” – dedi. Peyğəmbərimiz (s.ə.s.): “Bəli, əl ilə görüşə bilərsiniz,” – deyə təsdiq etdi”. [Tirmizi, İstizan 31]
عَنْ عَائِشَةَ قَالَتْ: قَدِمَ زَيْدُ بْنُ حَارِثَةَ الْمَد۪ينَةَ وَرَسُولُ اللّٰهِ ف۪ي بَيْت۪ي فَأَتَاهُ فَقَرَعَ الْبَابَ فَقَامَ إِلَيْهِ النَّبِيُّ يَجُرُّ ثَوْبَهُ فَاعْتَنَقَهُ وَقَبَّلَهُ»
Həzrəti Aişə (r.anhə) rəvayət edir:
“Zeyd ibn Harisə (r.a.) Mədinəyə gəlmişdi. O əsnada Peyğəmbərimiz (s.ə.s.) bizdə idi. Zeyd birbaşa bizə – Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib qapını döydü. Nəbilər Sərvəri (s.ə.s.) onu qarşıladı, qucaqlayıb öpdü. [Tirmizi, İstizan 32]
عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَبَّلَ النَّبِيُّ الْحَسَنَ ابْنَ عَلِيّ وَعِنْدَهُ الْأَقْرَعُ بْنُ حَابِسٍ فَقَالَ الْأَقْرَعُ: إِنَّ ل۪ي عَشَرَةً مِنَ الْوَلَدِ مَا قَبَّلْتُ مِنْهُمْ أَحَدًا فَنَظَرَ إِلَيْهِ رَسُولُ اللّٰهِ فَقَالَ: «مَنْ لَا يَرْحَمْ لَا يُرْحَمْ»
Əbu Hureyrə (r.a.) nəql edir:
“Nəbilər Sərvəri (s.ə.s.) nəvəsi Həsən ibn Əlini öpdü. Bu vaxt yanında olan Aqra ibn Habis: “Mənim on uşağım var, ancaq hələ heç birini öpməmişəm,” – dedi. Allah Rəsulu (s.ə.s.) ona baxdı və buyurdu: “Mərhəmət etməyənə mərhəmət olunmaz”. [Buxari, Ədəb 18; Müslim, Fədail 65]