Mənəviyyata Açılan Pəncərə

Əl ilə görüşmək, məhəbbəti, ehtiramı izhar etmək

 

 عَنِ الْبَرَاءِ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «مَا مِنْ مُسْلِمَيْنِ يَلْتَقِيَانِ فَيَتَصَافَحَانِ إِلَّا غُفِرَ لَهُمَا قَبْلَ أَنْ يَفْتَرِقَا»

Hz. Bəra (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql  etmişdir: “İki müsəlman qarşılaşarkən əl ilə görüşsə (və bir-birinə dua etsə), bir-birindən ayrılmadan günahları bağışlanar”. [Əbu Davud, Ədəb 143]

 عَنْ أَنَسٍ  قَالَ: قَالَ رَجُلٌ يَا رَسُولَ اللّٰهِ! اَلرَّجُلُ مِنَّا يَلْقٰى أَخَاُه أَوْ صَد۪يقَهُ أَيَنْحَن۪ي لَهُ؟ قَالَ: «لَا» قَالَ: أَفَيَلْتَزِمُهُ وَيُقَبِّلُهُ؟ قَالَ: «لا» قَالَ: فَيَأْخُذُ بِيَدِهِ وَيُصَافِحُهُ؟ قَالَ: «نَعَمْ»

Hz. Ənəs (r.a.) nəql edir: “Bir adam: “Ey Allahın Rəsulu! Qardaşımız və ya dostumuzla rast­laşarkən hörmət əlaməti olaraq on­ların qarşısında əyilməklə sa­lam vermək düzgündür?” – deyə sual verdi. Peyğəmbərimiz (s.ə.s.): ”Xeyr!” – deyə cavab verdi. Həmin adam:  “Bəs, əl ilə görüşə bilərikmi?” – dedi. Peyğəmbərimiz (s.ə.s.): “Bəli, əl ilə görüşə bilərsiniz,” – deyə təsdiq etdi”. [Tirmizi, İstizan 31]

 عَنْ عَائِشَةَ  قَالَتْ: قَدِمَ زَيْدُ بْنُ حَارِثَةَ الْمَد۪ينَةَ وَرَسُولُ اللّٰهِ  ف۪ي بَيْت۪ي فَأَتَاهُ فَقَرَعَ الْبَابَ فَقَامَ إِلَيْهِ النَّبِيُّ  يَجُرُّ ثَوْبَهُ فَاعْتَنَقَهُ وَقَبَّلَهُ»

Həzrəti Aişə (r.anhə) rəvayət edir:

“Zeyd ibn Harisə (r.a.) Mədinəyə gəlmişdi. O əsnada Pey­ğəm­bərimiz (s.ə.s.) bizdə idi. Zeyd birbaşa bizə – Rəsulullahın (s.ə.s.) hü­zuruna gəlib qapını döydü. Nəbilər Sərvəri (s.ə.s.) onu qarşıladı, qu­caqlayıb öpdü. [Tirmizi, İstizan 32]

 عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَبَّلَ النَّبِيُّ  الْحَسَنَ ابْنَ عَلِيّ   وَعِنْدَهُ الْأَقْرَعُ بْنُ حَابِسٍ فَقَالَ الْأَقْرَعُ: إِنَّ ل۪ي عَشَرَةً مِنَ الْوَلَدِ مَا قَبَّلْتُ مِنْهُمْ أَحَدًا فَنَظَرَ إِلَيْهِ رَسُولُ اللّٰهِ  فَقَالَ: «مَنْ لَا يَرْحَمْ لَا يُرْحَمْ»

Əbu Hureyrə (r.a.) nəql edir:

“Nəbilər Sərvəri (s.ə.s.) nəvəsi Həsən ibn Əlini öpdü. Bu vaxt yanında olan Aqra ibn Habis: “Mənim on uşağım var, ancaq hələ heç birini öpməmişəm,” – dedi. Allah Rəsulu (s.ə.s.) ona baxdı və buyurdu: “Mərhəmət etməyənə mərhəmət olunmaz”. [Buxari, Ədəb 18; Müslim, Fədail 65]

Exit mobile version