1. 460 dəfə oxunub ,   0 şərh   Çap et

Onun uşaqlıq, gənclik və yetkinlik dövrləri peyğəmbərliyinin müqəddiməsi, mərhələləri və pillələri mahiyyətini daşıyırdı. Bunun nəticəsi olaraq da Onu tanıyan bir çox insanlar peyğəmbərlik gələr-gəlməz dərhal inanıb müsəlman olmuşdular.

Çünki O, həyatında bircə dəfə də yalan danışmamışdı. İndi Allahdan (c.c.) bəhs edir və peyğəmbər olduğunu söyləyirdi. Ən kiçik məsələlərdə belə yalan danışmayan bir insan belə böyük və ülvi bir məsələdə yalana əl atardımı?![1] Bu, əsla mümkün deyildi. O dövrün insanları belə düşünür, hər kəs olmasa da, inadkarlıq və həsəd içində boğulmayanlar dərhal imana gəlirdi. Bəli, dövr cahiliyyə dövrü idi. Lakin Cahiliyyə o dövrün ümumi adı idi. Yoxsa O, heç vaxt cahiliyyə dövrünü yaşamamışdı. O, əmin, eti­barlı, doğru-dürüst insan idi. Onu hər kəs belə tanıyır, belə qəbul edirdi. O qədər etibarlı idi ki, məsələn, səfərə çıxmağı düşünürsünüz, xanımınızı etibarlı bir adam tapşırmaq istəyirsiniz, heç tərəddüd etmədən Həzrət Məhəmmədə (s.a.s.) əmanət edə bilərdiniz. Siz gələnəcən gözünü qaldırıb ona baxmayacağı­na qətiyyən şübhəniz olmazdı. Malınızı kiminsə yanında qoyma­ğı düşünürsünüz? Tərəddüd etmədən gedib Məhəmmədül-Əminə təslim edə bilərdiniz, çünki malınıza zərrə qədər ziyan gəlməyəcəyinə inanırdınız. Bir məsələ haqqında ən doğru fikri öyrənməkmi istəyirsiniz? Dərhal doğruluğun əndəlibi-zişanı (şanlı bülbülü) o sədaqət timsalının yanına qaçır, Onu dinləyir, Onun de­dikləri ilə hökm verir və Onun bəyanlarını hər işdə rəhbər qəbul edirdiniz, çünki O, həyatında bir dəfə də olsun yalan danışmamışdır.

Sübut istəyirsiniz? O, Səfa təpəsinə çıxıb ətrafına toplaşmış in­sanlardan soruşur: “”Bu dağın arxasından bir ordu gəlir, sizə hücum edəcək” desəm, mənə inanarsınızmı?” Hər kəs bir ağızdan: “Bəli, inanarıq. Çünki heç vaxt sənin yalan danışdığını görməmişik”,[2] – deyir. Bunu söyləyənlər arasında Əbu Ləhəb kimi din düşmənləri də vardır. Ancaq hamısı Onun doğruluğunu və etibarlılığını təsdiq edir.

O, dünyaya göz açmamış atası vəfat etdi, beş-altı yaşına çatanda da anasını itirdi. Bunlardan sonra babası Əbdülmüttəlib Onu himayəyə götürdü. Səkkiz yaşına yenicə girmişdi ki, babası da vəfat etdi. Sanki qədər Onu, hər şeydən təcrid edir və tamamilə Allaha (c.c.) təslim olmağa hazırlayırdı. Ona əl uzadan bütün hamilər bir-bir dünyadan köçür və tövhid nuru içində əha­diyyət ((Allahın (c.c.) əksər isimlərinin hər şeydə təcəlli etməsi və Ya­radanın bir olduğunu göstərməsi) sirrinin zühuru ilə birbaşa Allahın himayəsi xatırladılırdı. O, “Kəlmeyi-Tövhid”[3] və “Hasbunəllah” cümləsini də başlanğıcdan vicdanında hiss edərək söyləməli idi. Buna görə də bütün zahiri səbəblər tamamilə dövrədən çıxmalı idi. Və elə də oldu…

Atasının adı “Allahın (c.c.) qulu” mənasına gələn Abdullah, anasının adı isə “əmin və doğru qadın” mənasınaı verən Əminə idi. Bəli, Onu əminlik doğuran, əmanətin əmanətdarı bir qadın  dünyaya gətirmişdi. Risalətdən əvvəl übudiyyətlə sərəfraz olan bu şərəfli insanın atasının adı da “Allahın qulu” mənasını daşıyırdı. Bunlar təsadüf deyildi, çünki qədəri yazan Allahdır (c.c.).


[1] Buxari, Bədül-vəhy 3.

[2]  Buxari, Təfsir (111) 1-2; Müslim, İman  355-356.

[3] “Lə iləhə illallah”



Açar sözləri

etibar əmin

Bənzər məqalələr

Rəsulullahın (s.ə.s) əminliyi

Peyğəmbərlərə aid xüsusiyyətlərdən biri də əmanət, yəni əminlikdir, etibarlılıqdır. Bu mənşəcə ərəb olub “iman”la eyniköklü sözdür. “Mömin” inanan və əminlik təlqin edən insan deməkdir. Peyğəmbərlər möminliyin zirvəsində olduqları kimi, əmin, etibarlı olmaqda, əminlik təlqin etməkdə də onların tayı-bərabəri yoxdur.

Doğruluğu

Doğruluq peyğəmbərliyin mehvəridir. Peyğəmbərlik doğruluq cizgisində hərəkət edir. Peyğəmbərin ağzından çıxan hər şey təsdiq ədalıdır. Çünki onlar həqiqətə zidd heç bir şey söyləməzlər.

Etibar qazanmaq

Etibar və etimad uşaqlıq çağından peyğəmbərlik verilənədək Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) səciyyələndirən əxlaqi məziyyətlərdir. Müşriklər belə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “dürüst” və “etibarlı” (əs-Sadiq, əl-Əmin) olduğunu söyləmişlər. İnsanların güvənib etibar etdiyi şəxslər cənnətə gedər.  Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir insanın cənnətə gedəcəyini xəbər vermişdir; Əbu Səid Rəsullulahın (sallallahu əleyhi […]


Şərh yaz